Mühasib
Bakı,, Abşeron, rayonu,, Fatmayı, kəndi,, Qara, Qarayev, küçəsi
Tam Ştat
Orta Səviyyə
700 - 900 AZN
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Satış, alış və bank əməliyyatlarına dair sənədlərin hazırlanması və uçotunun aparılması
1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi
Mal-materialların, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılması
Hər bir layihə və ya iş üzrə material və xərclərin dəqiq uçotunun aparılması
Kadr uçotu üzrə sənədləşmə (işə qəbul, işdən azad olunma, məzuniyyət və s. üzrə əmrlərin və ərizələrin tərtib edilməsi)
Gündəlik təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və 1C proqramına daxil edilməsi
Hesab-fakturaların (Invoice), müqavilələrin və aktların hazırlanması, protokolların tərtibi
Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında iştirak
Maliyyə uçotunun düzgün və şəffaf şəkildə aparılmasına nəzarət
Tələblər
İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq ixtisası üzrə ali təhsil
Mühasibatlıq sahəsində ən azı 2-3 illik təcrübə
1C 8.3 proqramında peşəkar səviyyədə işləmə bacarığı
E-Qaimə, E-VHF, ƏDV DH və digər elektron vergi sistemlərində işləmə bacarığı
MS Office proqramlarını (xüsusilə Excel, Word) yüksək səviyyədə bilmək
Vergi və Əmək qanunvericiliyi üzrə praktiki biliklər
Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) üzrə biliklər arzuolunandır
Dəqiqlik, məsuliyyət və hesabatlılıq qabiliyyəti
Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı
İngilis və Rus dillərini bilmək üstünlükdür
Xanım namizədlərə üstünlük verilir
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 700 - 900 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 (HR)
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10405
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə