Mühəndis-konstruktor
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri
Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələri hazırlamaq
Texniki çertyojlar, spesifikasiyalar, eskizlər və texniki hesabatlar tərtib etmək
Layihələndirmə üçün uyğun materialların və avadanlıqların seçimini həyata keçirmək
Layihələrin konstruktiv və texnoloji həllərini optimallaşdırmaq və inkişaf etdirmək
Mövcud konstruksiyalarda dəyişikliklər aparmaq və onların təkmilləşdirilməsini təmin etmək
Hazırlanmış layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunu təmin etmək
İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun şəkildə icrasına nəzarət etmək
Texniki təcrübə sınaqlarında iştirak etmək və əldə edilən nəticələr əsasında layihələrə düzəlişlər tətbiq etmək
İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
Ona həvalə olunmuş layihə və texniki tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ texniki standartlara uyğunluğuna cavabdeh olmaq
Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulmasına yol verməmək
Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət daşımaq
İstifadəsində olan texniki sənədlərin, avadanlıq və layihə materiallarının qorunmasına və düzgün saxlanmasına cavabdeh olmaq
Peşə tələbləri
Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə);
Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks, və s.) işləmə bacarığı;
Standartlaşdırma və texniki normativlər üzrə biliklər;
Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı;
Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək;
Ən azı 2–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 1000 -1200 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10197
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə