CNC operatoru (Frez və Torna)
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Müvafiq sahə üzrə ali təhsil və ya peşə
İş təcrübəsi - min 3 il
Vəzifə öhdəlikləri
Texniki çertyojları və texniki tapşırıqları oxumaq, düzgün təhlil etmək və yerinə yetirmək;
CNC frez və torna dəzgahlarında detalların emalını proqramlaşdırılmış parametrlərə uyğun şəkildə icra etmək;
Zərurət yarandıqda CNC proqram kodlarını (G-Code və M-Code) düzəliş etmək, optimallaşdırmaq və yenidən tətbiq etmək;
İş parçasını dəzgaha düzgün şəkildə bərkitmək, mərkəzləndirmək və ölçü alətləri ilə ilkin yoxlamasını aparmaq;
Emal üçün tələb olunan kəsici alətləri düzgün seçmək, sazlamaq və ehtiyac olduqda dəyişdirmək;
Hazır məhsulların ölçü dəqiqliyini mikrometr, ştangensirkul və digər dəqiqlik alətləri ilə yoxlamaq və sənədləşdirmək;
İstehsalat zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
CNC dəzgahlarının planlı və profilaktik baxım işlərində iştirak etmək və texniki nasazlıqları vaxtında bildirmək;
İş sahəsini, dəzgahı və ətraf mühiti daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq;
Ona həvalə olunmuş işləri müəyyən edilmiş müddət ərzində, texniki normativlərə və keyfiyyət standartlarına uyğun şəkildə yerinə yetirmək;
CNC dəzgahlarında görülən işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulmaması üçün məsuliyyət daşımaq;
Avadanlıq və alətlərin yalnız təyinatına uyğun, düzgün şəkildə istifadə edilməsini təmin etmək;
Texniki tapşırıqlardan və çertyoj tələblərindən kənara çıxmadan işlərin icrasını təmin etmək;
Ona təhkim edilmiş avadanlıq, alət və materialların qorunmasına, itki və zədələnmədən saxlanmasına nəzarət etmək.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 600 - 900 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10196
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə