Mühafizəçi (Şabran ş.)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkət obyektlərdə nizam-intizamın təmin edilməsi, giriş-çıxışların nəzarətdə saxlanılması;
İşçilər, qonaqlar və əmlakın təhlükəsizliyinin qorunması;
Patrul xidməti və obyektin müntəzəm yoxlanışı;
Təhlükəsizlik kameraları və digər avadanlıqların iş vəziyyətinə nəzarət;
Fövqəladə hallarda operativ reaksiya göstərmək və lazımi tədbirlər görmək;
Hadisə, qəza və ya şübhəli hallar barədə dərhal hesabat vermək;
Təhlükəsizlik qaydalarına uyğun işçiləri məlumatlandırmaq və onları yönləndirmək;
Tələblər
Minimum 2-3 il mühafizə sahəsində iş təcrübəsi;
Fiziki cəhətdən sağlam və çevik olmaq;
Fövqəladə hallarda sakit və operativ qərar qəbul etmək bacarığı;
Komanda şəklində işləmə və insanlarla ünsiyyət bacarığı;
Təhlükəsizlik standartları və prosedurlarını bilmək;
Maraqlanan namizədlər mövzu yerində “Mühafizəçi (Şabran ş.)” yazmaqla öz CV-lərini**cv@nwconstruction.comvə yahr@nwconstruction.com**elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8944
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+