Mühafizəçi

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 28 yanvar 2026

Son Tarix: 9 mart 2026

Təsvir

  • Təhkim olunduğu ərazinin və ya məntəqənin, personalın və mühitin təhlükəsizliyini təmin etmək;

  • Etika və davranış mədəniyyəti prinsiplərinə uyğun olaraq qonaqlara yüksək səviyyədə xidmət göstərmək;

  • Təhkim olunduğu ərazinin və ya məntəqənin bütün təhlükəsizlik qaydalarını dəqiq öyrənmək və onlara riayət etmək;

  • Aidiyyəti qurumların müəyyən etdiyi təhlükəsizlik qaydalarına əməl etmək;

  • Fövqəladə hallar zamanı operativ və düzgün tədbirlər görmək.

Tələblər

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

  • Orta ixtisas və ya ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Boy göstəricisi minimum 175 sm olmalıdır;

  • Mühafizə tələblərinə cavab verməlidir;

  • Rus dilində yaxşı səviyyədə ünsiyyət bacarığı olmalıdır;

  • Dürüst və məsuliyyətli olmalıdır.

İş qrafiki: Növbəli.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6418

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketinq üzrə mütəxəssis

Tam Ştat

Əmlak və xidmətlərə aid marketinq kommunikasiya layihələrinin idarə edilməsi; Əmlak layihələri və xidmətlər üzrə marketinq strategiyaları və fəaliyyət planlarının hazırlanması və icrasında iştirak; Əmlak bazarı, auditoriya, rəqiblər, tərəfdaşlar və digər əlaqəli sahələr üzrə marketinq araşdırmalarının aparılması və toplanan məlumatların təhlili üzrə təkliflərin verilməsi; Marketinq sahəsi ilə bağlı yeniliklərin, trendlərin və rəqabət mühitinin izlənilməsi, potensial imkanların təklif edilməsi; Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kommunikasiya fəaliyyətlərinin təşkili və icrası; Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması, müvafiq tərəflərlə birlikdə işlənməsi və icrası; Brendlərin vizual və mesaj tonunun bütün kommunikasiya materiallarında qorunmasına nəzarət; Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının konseptlərinin hazırlanması və icrası; Əmlak layihələrinin sahədə monitorinqi, vizual və kommunikasiya ehtiyaclarının müəyyənləşdirilməsi; Marketinq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və hesabatların hazırlanması; Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşlar/təchizatçıların brifinqi, məluat axınının təmini və gedişatın koordinasiyası; ERP/CRM və digər şirkətdaxili sistemlərdə proseslərin düzgün icrası.