Mühafizə rəisinin müavini
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
İş şəraiti:
İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
İş yeri: Melissa Group
İşin Təsviri:
Mühafizə rəisinin tapşırıqlarını icra etmək və onun olmadığı hallarda funksiyalarını icra etmək;
Obyektin təhlükəsizlik sisteminin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
Mühafizə heyətinin işini təşkil etmək, növbə cədvəllərini hazırlamaq və idarə etmək;
Giriş-çıxış rejiminə nəzarət etmək və qaydaların düzgün tətbiqini təmin etmək;
Ərazi daxilində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
Fövqəladə hallarda operativ qərarlar vermək və prosesləri koordinasiya etmək;
CCTV və digər təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
Mühafizə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək və təlimatlandırmaq;
Hadisələr üzrə araşdırma aparmaq və hesabatlar hazırlamaq;
Təhlükəsizlik risklərini müəyyən edib qarşısının alınması üçün tədbirlər görmək.
Namizədə Tələblər:
30-38 yaş aralığında bəy namizədlər;
Təhlükəsizlik sahəsində iş təcrübəsi mütləqdir;
Fiziki hazırlıq və operativ qərarvermə bacarığı;
CCTV və təhlükəsizlik sistemləri üzrə biliklər;
Nizam-intizamlı, məsuliyyətli və liderlik qabiliyyətli;
Stressə davamlı və çevik qərar verə bilən;
Azərbaycan dilini sərbəst bilməli (rus və ya ingilis dili üstünlükdür).
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mühafizə rəisinin müavini” qeyd edərək, qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Melissa Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15419
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə