Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

Bakı,, Səməd, Vurğun, 60

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

"GL" ASC (Sizin Lombard)

📌 Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis vakansiyası elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Kredit portfelinin monitorinqinin həyata keçirilməsi və risklərin vaxtında müəyyən olunması;

  • Kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət və hesabatlılığın təmin edilməsi;

  • Təminatların vəziyyətinin monitorinq edilməsi və mütəmadi qiymətləndirilməsi;

  • Problemli kreditlərlə bağlı ilkin təhlillərin aparılması və aidiyyəti şöbələrə təqdim olunması;

  • Müştəri biznesində “həyəcan siqnalları”nın müəyyən edilməsi və Kredit Komitəsinə təqdim olunması;

  • “Potensial problemli müştərilər” üzrə daxil olan məlumatların təhlili və müzakirəyə çıxarılması;

  • Kredit prosesində mövcud “zəif bəndlərin” aşkar edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;

  • Ümumi kredit sisteminin monitorinqi, analitik hesabatların hazırlanması;

  • Aparıcı mütəxəssis üçün əlavə olaraq: monitorinq proseslərinin koordinasiyası və əməkdaşlara metodiki dəstək göstərilməsi.

Namizəddən tələblər:

  • Bank işi, maliyyə, mühasibatlıq və ya müvafiq sahələr üzrə ali təhsil;

  • Bank və ya kredit sahəsində minimum 1.5 il iş təcrübəsi
    (aparıcı vəzifə üçün minimum 3 il);

  • Maliyyə analizi, risk analizi və MHBS üzrə biliklər;

  • Azərbaycan qanunvericiliyini və AMB normativ aktlarını bilmək;

  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Analitik düşüncə, məsuliyyət, dəqiq hesabat hazırlamaq bacarığı;

  • Komanda və fərdi şəkildə işləmək bacarığı.

İş şəraiti və təkliflər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

  • Əməkhaqqı: Razılaşma yolu ilə

  • Performansa uyğun bonus sistemi

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

  • Şirkətin struktur dəyişikliklərinə uyğun olaraq əməkhaqqı artımı imkanı

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlərdən
“Monitorinq üzrə mütəxəssis” və ya
“Aparıcı monitorinq mütəxəssisi”
başlığı ilə CV-lərini göndərmələri xahiş olunur:

📧 vakansiya@glasc.az

✅ Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
📌 Göndərilən CV-lər şirkətin məxfi məlumat bazasında qorunur.

Əlaqə:

📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: info@glasc.az

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13260

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya