Şirkətlərə Qayıt
GL ASC

GL ASC

4

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

4 iş elanı

GL ASC

Komplayens üzrə mütəxəssis

GL ASC

Tam Ştat
Orta Səviyyə

📌 Vakansiya: ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis Şirkət: “GL” ASC Əsas vəzifə öhdəlikləri: Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq; ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək; Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq; Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək; Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək; ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək; Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək; Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək; Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək; Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək. Namizədə tələblər: Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə); Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir); ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər; Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq; AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək; Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı; Yüksək diqqətlilik, etibarlılıq və etik davranış; Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır; MS Office proqramlarında sərbəst işləmə bacarığı. Əmək haqqı: 💰 Razılaşma yolu ilə Müraciət qaydası: Maraqlanan şəxslər CV-lərini “ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis/kiçik mütəxəssis” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: 📧 vakansiya@glasc.az ➡️ Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. 📌 Qeyd: Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır. Əlaqə: 📍 Ünvan: Baş ofis, Səməd Vurğun 60 📞 Telefon: (+994 51) 248 10 00 🌐 Vebsayt: www.sizinlombard.az 📩 Email: info@glasc.az

GL ASC

Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

GL ASC

Tam Ştat
Yüksək Səviyyə

Əsas vəzifə öhdəlikləri: Kredit portfelinin monitorinqinin həyata keçirilməsi və risklərin vaxtında müəyyən olunması; Kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət və hesabatlılığın təmin edilməsi; Təminatların vəziyyətinin monitorinq edilməsi və mütəmadi qiymətləndirilməsi; Problemli kreditlərlə bağlı ilkin təhlillərin aparılması və aidiyyəti şöbələrə təqdim olunması; Müştəri biznesində “həyəcan siqnalları”nın müəyyən edilməsi və Kredit Komitəsinə təqdim olunması; “Potensial problemli müştərilər” üzrə daxil olan məlumatların təhlili və müzakirəyə çıxarılması; Kredit prosesində mövcud “zəif bəndlərin” aşkar edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; Ümumi kredit sisteminin monitorinqi, analitik hesabatların hazırlanması; Aparıcı mütəxəssis üçün əlavə olaraq: monitorinq proseslərinin koordinasiyası və əməkdaşlara metodiki dəstək göstərilməsi. Namizəddən tələblər: Bank işi, maliyyə, mühasibatlıq və ya müvafiq sahələr üzrə ali təhsil; Bank və ya kredit sahəsində minimum 1.5 il iş təcrübəsi (aparıcı vəzifə üçün minimum 3 il); Maliyyə analizi, risk analizi və MHBS üzrə biliklər; Azərbaycan qanunvericiliyini və AMB normativ aktlarını bilmək; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, məsuliyyət, dəqiq hesabat hazırlamaq bacarığı; Komanda və fərdi şəkildə işləmək bacarığı. İş şəraiti və təkliflər: İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00 Əməkhaqqı: Razılaşma yolu ilə Performansa uyğun bonus sistemi Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Şirkətin struktur dəyişikliklərinə uyğun olaraq əməkhaqqı artımı imkanı Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.