Monitorinq şöbəsinin Kiçik mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 10 iyun 2026

Təsvir

Struktur bölmənin adı

  • İnformasiya texnologiyaları əməliyyatları departamenti / Monitorinq şöbəsi

Vəzifənin funksiyaları:

  • Sistemlərin iştirakçılar tərəfindən istifadəsinin 24/7/365 rejimində monitorinqinin həyata keçirilməsi;

  • Sistemlər üzrə kommunikasiya protokollarının və cari əməliyyatların monitorinqi;

  • Monitorinq nəticəsində yaranmış problemlərin, o cümlədən likvidlik və digər risklərin aradan qaldırılması üçün ilkin tədbirlərin görülməsi;

  • İnsidentlərin qeydiyyatının aparılması;

  • Sistemlər üzrə müştərilərdən və iştirakçı təşkilatlardan qəbul olunan müraciətlərin ilkin araşdırılmasının həyata keçirilməsi;

  • Periodik olaraq müraciətlərin statistikasının çıxarılması, analizi;

  • Sistemlər üzrə müvafiq hesabatların hazırlanması;

  • Sistemlər üzrə yeniliklərin və funksionallıqların ilkin testləşdirilməsinin aparılması;

  • Sistemlərin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi üçün server otaqlarında texniki şəraitə nəzarətin həyata keçirilməsi.

  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.

Texniki kompetensiyalar

  • Müxtəlif platformalı (Linux, Windows) əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;

  • Müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər;

  • JSON və XML strukturu üzrə biliklər.

  • Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə

  • Texniki sənədlərin hazırlanması

  • Proseslərin avtomatlaşdırılması

Təcrübə

  • Müvafiq sahədə 1 il iş təcrübəsi tələb olunur.

Təhsil

  • İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17660

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə