Monitorinq şöbəsinin Kiçik mütəxəssisi
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Struktur bölmənin adı
İnformasiya texnologiyaları əməliyyatları departamenti / Monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
Sistemlərin iştirakçılar tərəfindən istifadəsinin 24/7/365 rejimində monitorinqinin həyata keçirilməsi;
Sistemlər üzrə kommunikasiya protokollarının və cari əməliyyatların monitorinqi;
Monitorinq nəticəsində yaranmış problemlərin, o cümlədən likvidlik və digər risklərin aradan qaldırılması üçün ilkin tədbirlərin görülməsi;
İnsidentlərin qeydiyyatının aparılması;
Sistemlər üzrə müştərilərdən və iştirakçı təşkilatlardan qəbul olunan müraciətlərin ilkin araşdırılmasının həyata keçirilməsi;
Periodik olaraq müraciətlərin statistikasının çıxarılması, analizi;
Sistemlər üzrə müvafiq hesabatların hazırlanması;
Sistemlər üzrə yeniliklərin və funksionallıqların ilkin testləşdirilməsinin aparılması;
Sistemlərin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi üçün server otaqlarında texniki şəraitə nəzarətin həyata keçirilməsi.
Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirilməsi.
Texniki kompetensiyalar
Müxtəlif platformalı (Linux, Windows) əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
Müasir proqram və texniki platforma üzrə nəzəri və praktiki biliklər;
JSON və XML strukturu üzrə biliklər.
Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə
Texniki sənədlərin hazırlanması
Proseslərin avtomatlaşdırılması
Təcrübə
Müvafiq sahədə 1 il iş təcrübəsi tələb olunur.
Təhsil
İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.