Monitorinq mərkəzi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 29 mart 2026

Təsvir

Daxil olan məlumatların toplanması, təhlili və vizuallaşdırılması;

Real vaxt rejimində monitorinq göstəricilərinin analiz edilməsi və operativ hesabatların hazırlanması;

Nəqliyyat axınları, marşrutların icra vəziyyəti, gecikmələr və digər əməliyyat göstəriciləri üzrə analitik təhlillərin aparılması;

Müxtəlif proqram təminatlarının (AVL, AYNA MAAS, GCC ) iş prinsipinə uyğun olaraq dataların təhlili;

Müxtəlif mənbələrdən əldə edilən dataların emalı;

Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanması;

Data əsaslı qərarvermə proseslərinə dəstək göstərilməsi.

Tələblər

Ali təhsil (statistika, informasiya texnologiyaları, kompüter elmləri, Smart City və İntellektual Nəqliyyat Sistemləri (ITS), Nəqliyyatın təşkili və idarə edilməsi, Logistika və təchizat zənciri menecmenti və ya oxşar sahələr üzrə);

Data analitikası sahəsində minimum 1–3 il iş təcrübəsi;

Excel, SQL üzrə yaxşı biliklər (Python/R bilikləri üstünlükdür);

Power BI, Tableau və ya oxşar vizuallaşdırma alətləri ilə işləmə bacarığı;

Analitik düşünmə, problem həll etmə və nəticə yönümlülük;

Azərbaycan dili – səlis, ingilis dili – texniki səviyyədə oxu bacarığı.

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9166

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya

Jira platform admin (Baş mütəxəssis)

Tam Ştat

Jira Product Owner Agentlik daxilində Atlassian ekosisteminin daxili məhsul kimi inkişafına, miqyaslanmasına və səmərəli istifadəsinə cavabdehdir. Bu rol komandaların layihə və əməliyyat fəaliyyətinin effektiv şəkildə dəstəklənməsini təmin edir. Məsuliyyət sahələri Jira-nın məhsul kimi idarə olunması: inkişafı, optimallaşdırılması və miqyaslanması Jira-dan istifadə etməklə layihə və təşəbbüslərin icrasında iştirak Biznes və texniki tələblərin toplanması, təhlili və prioritetləşdirilməsi Backlog-un formalaşdırılması və idarə olunması (epics, user stories, acceptance criteria) Jira Software, Jira Service Management və Confluence-un administrasiyası və inkişafı Workflow-ların, sxemlərin, rolların və giriş hüquqlarının layihələndirilməsi və dəstəklənməsi Avtomatlaşdırmaların, hesabatların və dashboard-ların qurulması Atlassian Marketplace plaginləri ilə iş və onların idarə olunması Jira-nın digər korporativ sistemlər və alətlərlə inteqrasiyası Stakeholder-lər və cross-functional komandalarla sıx əməkdaşlıq Proseslərin effektivliyinin təhlili və təkmilləşdirmələrin tətbiqi Şirkət daxilində Atlassian best practices-in formalaşdırılması və inkişafı Jira və Confluence üzrə daxili təlimlərin və treninqlərin planlaşdırılması və keçirilməsi Daxili təlimatların, guideline-ların və standartların hazırlanması və yenilənməsi İstifadəçilərə konsultativ dəstəyin göstərilməsi