Jira platform admin (Baş mütəxəssis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 11 mart 2026

Təsvir

Jira Product Owner Agentlik daxilində Atlassian ekosisteminin daxili məhsul kimi inkişafına, miqyaslanmasına və səmərəli istifadəsinə cavabdehdir. Bu rol komandaların layihə və əməliyyat fəaliyyətinin effektiv şəkildə dəstəklənməsini təmin edir.

Məsuliyyət sahələri

  • Jira-nın məhsul kimi idarə olunması: inkişafı, optimallaşdırılması və miqyaslanması

  • Jira-dan istifadə etməklə layihə və təşəbbüslərin icrasında iştirak

  • Biznes və texniki tələblərin toplanması, təhlili və prioritetləşdirilməsi

  • Backlog-un formalaşdırılması və idarə olunması (epics, user stories, acceptance criteria)

  • Jira Software, Jira Service Management və Confluence-un administrasiyası və inkişafı

  • Workflow-ların, sxemlərin, rolların və giriş hüquqlarının layihələndirilməsi və dəstəklənməsi

  • Avtomatlaşdırmaların, hesabatların və dashboard-ların qurulması

  • Atlassian Marketplace plaginləri ilə iş və onların idarə olunması

  • Jira-nın digər korporativ sistemlər və alətlərlə inteqrasiyası

  • Stakeholder-lər və cross-functional komandalarla sıx əməkdaşlıq

  • Proseslərin effektivliyinin təhlili və təkmilləşdirmələrin tətbiqi

  • Şirkət daxilində Atlassian best practices-in formalaşdırılması və inkişafı

  • Jira və Confluence üzrə daxili təlimlərin və treninqlərin planlaşdırılması və keçirilməsi

  • Daxili təlimatların, guideline-ların və standartların hazırlanması və yenilənməsi

  • İstifadəçilərə konsultativ dəstəyin göstərilməsi

Tələblər

  • Product Owner, Business Analyst və ya Jira Administrator rolunda iş təcrübəsi

  • Layihələrdə iştirak üzrə təsdiqlənmiş təcrübə, o cümlədən:

  • Tələblər və backlog ilə iş

  • Layihə və məhsul komandaları ilə qarşılıqlı əməkdaşlıq

  • Təşəbbüslərin ideyadan icraya qədər müşayiəti

  • Aşağıdakı alətlərlə güclü praktik iş təcrübəsi:

  • Jira Software

  • Jira Service Management

  • Assets Management

  • Confluence

  • Agile / Scrum / Kanban metodologiyalarının praktik tətbiqi

  • Ən azı bir aktiv Atlassian sertifikatının olması (mütləqdir)

Əlavə üstünlüklər

  • Atlassian Cloud ilə iş təcrübəsi

  • Digər Atlassian məhsulları ilə praktiki təcrübə (Bitbucket, Opsgenie, Assets və s.)

  • Atlassian Marketplace plaginlərinin seçilməsi, tətbiqi və istifadəsi üzrə təcrübə

  • Peşəkar sertifikatların mövcudluğu (PMP, PRINCE2, PMI-ACP, ITIL və s.)

  • Jira-nın enterprise-mühitdə tətbiqi və ya miqyaslanması üzrə təcrübə

  • Konsaltinq təcrübəsi və ya eyni vaxtda bir neçə komanda / layihənin müşayiəti

Əsas bacarıqlar

  • Layihə və proses yönümlü düşüncə tərzi

  • Asılılıqlar, müddətlər və prioritetlərlə işləmə bacarığı

  • Çoxlayihəli mühitdə effektiv işləmək qabiliyyəti

  • Müxtəlif səviyyəli stakeholder-lərlə güclü kommunikasiya bacarıqları

Necə Müraciət Etmək Olar

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Other

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7552

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya