Ana Səhifə
Vakansiyalar

Model Riskləri və Təşkilati Risklərin idarəolunması üzrə baş mütəxəssis

Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Model Riskləri və Təşkilati Risklərin idarəolunması üzrə baş mütəxəssis

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 12 fevral 2026

Təsvir

Model Riskləri və Təşkilati Risklərin idarəolunması üzrə baş mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Model Riskləri və Təşkilati risklərin idarəolunması üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Model və təşkilati risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunması proseslərini təşkil etmək və əlaqələndirmək

  • Model riskləri və təşkilati risklərin idarə edilməsi üzrə metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasını və yenilənməsini təmin etmək

  • Modellərin inventarının aparılmasına, təsnifatına və risk səviyyəsinə nəzarət etmək, model risklərinin idarə olunması üzrə təkliflər vermək

  • Modellərin həyat dövrü (hazırlanma, dəyişiklik, istifadə, monitorinq) üzrə risk qiymətləndirilməsinin həyata keçirilməsini təmin etmək

  • Model validasiyası nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar və tövsiyələr üzrə tədbirlər planının icrasına nəzarət etmək

  • Təşkilati risklər üzrə risk xəritəsinin, risk reyestrinin və risk iştahası göstəricilərinin hazırlanmasını və yenilənməsini təmin etmək

  • RCSA proseslərinin keçirilməsini koordinasiya etmək və nəticələrə əsasən risk azaldıcı tədbirlərin hazırlanmasında iştirak etmək

  • Risk göstəricilərinin (KRI) formalaşdırılması, limitlərin müəyyən edilməsi və monitorinqinə nəzarət etmək

  • Risklərin qiymətləndirilməsi məqsədilə digər struktur bölmələrdən, informasiya sistemlərindən və xarici mənbələrdən əldə edilmiş məlumatların təhlilini aparmaq

  • Model və təşkilati risklər üzrə idarəetmə və nəzarət orqanları üçün dövri hesabatların hazırlanmasını təmin etmək

  • Risklərin idarə edilməsi məqsədilə digər struktur bölmələrinə məsləhət və metodoloji dəstək vermək

  • Risk mədəniyyətinin inkişaf etdirilməsi üzrə tədbirlərin və təlimlərin təşkilində iştirak etmək

  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Biliklər

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;

  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

  • Sahə üzrə arzu olunan sertifikatlar (FRM. PRM, CERM və s.)

Təcrübə

  • Ümumilikdə əlaqəli sahədə 3 il və üzəri iş təcrübəsi

Bacarıqlar

  • Təqdimat, yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Koordinasiya və məsləhətvermə bacarığı;

  • Analitik düşünmə və məlumatların təhlili bacarığı;

  • İri-həcmli məlumat bazaları ilə işləmək bacarığı;

  • Modelləşdirmə;

  • Risklərin identifikasiyası və qiymətləndirilməsi metodları;

  • Model riskləri və təşkilati risklərin idarə olunması üzrə biliklər;

  • Riyazi-statistik metodlar üzrə biliklər;

  • Emosional stabillik və məsuliyyətli olmaq.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi qeyd olunan linkə daxil olub göndərin. 
Senior Specialist in Model Risks and Organizational Risk Management

“PASHA Insurance” OJSC invites candidates to apply for the position of Senior Specialist in Model Risks and Organizational Risk Management in the Risk Management Department and become a member of a professional team.

Key Responsibilities:

  • Organize and coordinate the processes of identification, assessment, monitoring, and management of model and organizational risks;

  • Ensure the development and updating of methodologies, internal rules, and procedures for model and organizational risk management;

  • Oversee the maintenance, classification, and risk-level monitoring of the model inventory and provide recommendations on model risk management;

  • Ensure risk assessments across the entire model lifecycle (development, modification, use, and monitoring);

  • Monitor the implementation of action plans addressing gaps and recommendations identified through model validation;

  • Ensure the preparation and updating of organizational risk maps, risk registers, and risk appetite indicators;

  • Coordinate RCSA processes and participate in the development of risk mitigation actions based on results;

  • Oversee the development of Key Risk Indicators (KRIs), setting of limits, and ongoing monitoring;

  • Analyze data obtained from other structural units, information systems, and external sources for risk assessment purposes;

  • Ensure the preparation of periodic reports on model and organizational risks for management and oversight bodies;

  • Provide advisory and methodological support to other departments on risk management matters;

  • Participate in organizing initiatives and training programs aimed at strengthening risk culture;

  • Perform other tasks assigned by the direct manager.

Knowledge & Qualifications:

  • Higher education in Economics, Finance, or Mathematics;

  • Computer skills: Professional proficiency in MS Office applications;

  • Language skills: High proficiency in Azerbaijani and English; Russian is an advantage;

  • Relevant professional certifications are desirable (FRM, PRM, CERM, etc.).

Experience:

  • At least 3 years of work experience in a related field.

Skills:

  • Presentation, written, and verbal communication skills;

  • Coordination and advisory skills;

  • Analytical thinking and data analysis skills;

  • Ability to work with large datasets;

  • Modeling skills;

  • Knowledge of risk identification and assessment methodologies;

  • Knowledge of model risk and organizational risk management;

  • Knowledge of mathematical and statistical methods;

  • Emotional stability and a strong sense of responsibility.

Only candidates who meet the initial selection criteria will be contacted.
Please send your CV apply by clicking the link provided in the "Apply" button, indicating the name of the position you are applying for in the subject line.

Necə Müraciət Etmək Olar

PASHA Insurance

PASHA Insurance

Finance

PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5171

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssis

Tam Ştat

Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssi PAŞA Sığorta ASC namizədləri Strategiya və planlaşdırma üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin strateji hədəflərinə nail olunmasında, illik büdcə və proqnozların hazırlanmasında, biznes modellərin emalında və bazar təhlilinin aparılmasında əsas rol oynayır; vəzifə sahibindən sığorta sahəsində qanunvericilik bilikləri, analitik və kritik düşüncə, eləcə də planlama və nəzarət proseslərinin effektiv icrası gözlənilir. Öhdəliklər Şirkətin illik büdcə planlanmasının hazırlanması və təsdiq edilməsini təmin etmək Şirkətin strategiyasının hazırlanması və təsdiq edilməsini təmin etmək Müxtəlif dövrlər üçün proqnoz hesabatların hazırlanması Strategiyanın icrasına nəzarət etmək Biznes modellərin emalı və təhlili Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması Bilik və Bacarıqlar Komputer bilikləri və şirkət daxili ERP sistemləri üzrə orta səviyyədə biliklər Microsoft Office proqramlarında əla biliklər Python, SQL, Power BI və Alteryx üzrə orta biliklər Sığorta fəaliyyəti haqqında qanunvericilik üzrə əla biliklər BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklər Detallara diqqət və planlama bacarıqları Məsuliyyətlilik və yazışma qaydaları Problem həll etmə və kritik düşünmə bacarıqları Analitik düşüncə qabiliyyəti Dürüstlük və yüksək etik standartlar Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Biznes, Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahəsində ali təhsil (bakalavr) Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi ACCA, CIMA və ya CFA bilikləri arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada çalışma imkanı Şəxsi və peşəkar inkişaf üçün müxtəlif təlim və öyrənmə imkanları İnnovativ və şəffaf iş mühiti Şirkətin inkişafında real təsir imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Leading specialist in strategy and planning PASHA Insurance OJSC invites candidates to apply for the position of Leading specialist in strategy and planning and become a member of our professional team. This role plays a key part in achieving the company’s strategic objectives by preparing annual budgets and forecasts, processing business models, and conducting market analysis; the incumbent is expected to demonstrate expertise in insurance legislation, analytical and critical thinking, as well as effective execution of planning and control processes. Responsibilities Ensure preparation and approval of the company’s annual budget plan Ensure preparation and approval of the company’s strategy Prepare forecast reports for various periods Monitor the execution of the strategy Process and analyze business models Conduct market analysis (benchmarking, analysis of market participants) Knowledge and Skills Computer literacy and intermediate knowledge of internal ERP systems Excellent knowledge of Microsoft Office programs Intermediate knowledge of Python, SQL, Power BI, and Alteryx Excellent knowledge of insurance legislation Knowledge of IFRS (International Financial Reporting Standards) Attention to detail and planning skills Accountability and business correspondence skills Problem-solving and critical thinking abilities Analytical mindset Integrity and high ethical standards Language skills: Azerbaijani, English, Russian Education and Experience Bachelor’s degree in Business, Finance, Accounting, or Economics At least 3 years of relevant work experience Knowledge of ACCA, CIMA, or CFA is preferred What we offer Opportunity to work in a professional and dynamic team Various training and learning opportunities for personal and professional growth Innovative and transparent work environment Real impact on company development Opportunity to work in a “Great Place To Work” certified company. Interested candidates can apply by clicking the link provided in the "Apply" button. Only candidates who meet the initial selection criteria will be contacted.

Backend Developer

Tam Ştat

“PAŞA Sığorta” ASC namizədləri Backend Developer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri PAŞA Sığorta-nın mövcud olan informasiya sistemlərinin texniki dəstəyi və inkişafı; İnformasiya sistemlərində yaranan nasazlığa dərhal reaksiya verir və sistemlərin xidmətində pozuntuların aradan qaldırılması üzrə müvafiq, təcili tədbirlər görür; Təlimata uyğun olaraq sistemlərdə olan xidməti informasiyanın bərpası və bütövlüyünün sistematik yoxlanılmasını təmin edir; Yeni sistemlərin tətbiqində və yaratmasında üçüncü tərəf təşkilatların iş prosesini təşkil edir; Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmə; Birbaşa rəhbəri tərəfindən İT infrastrukturuna aid olan digər tapşırıqları yerinə yetirir. Təhsil və ixtisas Ali-bakalavr Sertifikatlar Arzuolunandır İş şərtləri Təcrübə:2 il Bilik və bacarıqlar Sahə/ixtisas bilik, bacarıqları C#.NET və ASP.NET MVC/Core – praktik təcrübə HTML, CSS, JavaScript, jQuery – yüksək səviyyə Veb servislərlə iş (RESTful API, SOAP) MS SQL Server və Entity Framework – orta/yaxşı səviyyədə Sistem inteqrasiyası və API-lərlə çalışma Debugging və performans analizləri CI/CD və DevOps-a giriş bilikləri Davranış bacarıqları Planlama və təşəbbüskarlıq Analitik düşüncə Özünümotivasiya və nəticə yönümlü iş Tapşırıqların vaxtında və düzgün icrası Komandada effektiv əməkdaşlıq Dil bilikləri Azerbaijani, English Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bakı

QA mühəndis

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri  QA mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Məhsulların keyfiyyətinin təmin olunmasında əsas rol oynayan bu vəzifə, mobil və veb tətbiqlərin manual testləşdirilməsi, API yoxlamalarının aparılması və test sənədlərinin hazırlanması üzrə məsuliyyət daşıyır. CoE QA Liderinin rəhbərliyi altında developerlər, analitiklər və digər QA mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, şirkətin müştəriyə yönəlmiş platformalarının etibarlılığı və performansının yüksəldilməsinə töhfə verir. Öhdəliklər Mobil və veb tətbiqlər üçün manual test ssenarilərinin hazırlanması, yazılması və icra edilməsi. Funksional, reqressiya, inteqrasiya və eksplorator testlərin aparılması. Postman, Swagger və digər alətlərdən istifadə edərək API testlərinin həyata keçirilməsi, məlumatların, cavabların və səhv emalının yoxlanılması. Test planları, test ssenariləri, yoxlama siyahıları və bug hesabatlarının hazırlanması və saxlanılması. Developer və məhsul menecerləri ilə tələblərin dəqiqləşdirilməsi və risklərin erkən müəyyənləşdirilməsi üçün əməkdaşlıq. Həll edilmiş problemlərin yenidən test edilməsi və buraxılışa hazırlıq yoxlamalarında iştirak. Bilik və Bacarıqlar Mobil və veb tətbiqlərin testləşdirilməsi üzrə biliklər. API testləri üçün Postman, Swagger və oxşar alətlərdən istifadə bacarığı. SDLC, STLC və Agile metodologiyaları üzrə anlayış. Aydın və təkrarlana bilən bug və test ssenarilərinin sənədləşdirilməsi bacarığı. Yüksək diqqətlilik və proqram təminatının keyfiyyətinə həvəs. API test avtomatlaşdırması ilə tanışlıq üstünlükdür. CI/CD alətləri (GitLab CI, Azure DevOps pipelines) ilə işləmə bacarığı. Əsas SQL bilikləri və məlumatların yoxlanılması. Sığorta və ya fintech sahəsində ilkin tanışlıq. JSON/XML strukturunun əsas bilikləri. JIRA və Qase kimi test case idarəetmə alətləri ilə tanışlıq. C#, JS/TS, Java, Python üzrə əsas proqramlaşdırma/scripting bacarıqları. Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil Manual proqram təminatı testləri üzrə 2-4 il təcrübə. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı. Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları. Şirkətin innovativ layihələrində iştirak və real təsir yaratmaq imkanı. Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti. “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Davamlı peşəkar inkişaf imkanları; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.