Middle iOS Developer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 30 mart 2026
Təsvir
Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi
SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması
Combine və Swift Concurrency istifadə edərək asinxron və reaktiv proseslərin düzgün idarə olunması
Texniki tapşırıqlara (Jira ticket-lərinə) uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası
Mövcud kod bazasında refaktorinq aparılması, performans və oxunaqlılığın artırılması
Kod standartlarına və daxili qaydalara ciddi şəkildə riayət edilməsi
Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi
GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak
Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak
Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası
Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak
Texniki problemlərin analizi və həll yollarının təklif edilməsi
Tətbiqin stabil işləməsinin təmin olunması və yaranan bug-ların operativ şəkildə aradan qaldırılması
Texniki sənədlərin oxunması və lazım gəldikdə daxili texniki dokumentasiyanın hazırlanması
Tələblər
Hard bacarıqlar
SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması bilikləri
Swift proqramlaşdırma dili üzrə praktik təcrübə
Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi
Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər
Test yazma və test yönümlü inkişaf (TDD anlayışı üstünlükdür)
Kod keyfiyyətinə və performansa diqqət
Soft bacarıqlar
Komanda daxili ünsiyyət
Backend, QA və dizayn komandası ilə effektiv əməkdaşlıq, texniki mövzuları aydın şəkildə izah etmə bacarığı.
Məsuliyyət və Ownership
Üzərinə götürdüyü task-ların sonuna qədər icrası, yaranan problemlərə həll yönümlü yanaşma.
Code Review mədəniyyəti
Həm başqalarının koduna rəy vermək, həm də öz kodu üçün konstruktiv feedback qəbul etmək bacarığı.
Zamanın idarə olunması
Sprint çərçivəsində prioritetlərin düzgün müəyyən edilməsi və deadline-lara riayət.
Öyrənməyə açıqlıq
Yeni texnologiyaları və iOS ekosistemindəki yenilikləri izləmək, biliklərini davamlı inkişaf etdirmək istəyi.
Üstünlük Sayılan Bacarıqlar (Nice to Have)
MVVM və ya digər arxitekturalarla iş təcrübəsi
CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür)
App Store-a tətbiq yükləmə və release proseslərində iştirak
Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi. (2+ arzuolunandır)
Təhsil - Ali
Dil bilikləri:
Azərbaycan dili - səlis
İngilis dili - yaxşı
Necə Müraciət Etmək Olar
AzInTelecom MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7229
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə