Mexanik (Salyan)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Sahənin ərazisində yolun cari təmiri ilə məşğul olan məntəqələrdə kiçik maşın və mexanizmlərin hesabatını aparmaq və onların gündəlik təmiri ilə məşğul olmaq;
Kiçik maşın və mexanizmlərin işləmə qaydalarını yol briqadirlərinə və yol montyorlarına öyrətmək, AB-2, AB-4 markalı səyyar elektrik stansiyası ilə iş icra olunarkən müvafiq işə nəzarət etmək və yol işçilərinin təhlükəsiz iş mühitini təmin etmək;
Yol maşınının hərəkət qrafikini tərtib edərək idarə rəisinin təsdiqinə vermək, əmr üçün müvafiq planları razılaşdırmaq, onun işinə, hərəkətinə nəzarət etmək və icra olunan işləri sənədləşdirmək;
Sahənin balansında olan bütün maşın və mexanizmlərin daimi iş prosesini təşkil etmək, kiçik təmirini etmək, onların yanacaq hesabatını aparmaq;
İstehsalatda istifadə olunan materialların və ehtiyat hissələrinin alınmasın üçün verilən sifarişi təmin etmək;
Təmir arası istifadə olunan alətlərə, onların dözümlülüyünə texniki nəzarət etmək;
Avadanlıq və aparatların, ayrı-ayrı detalların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq etmək;
Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərəliliyi təmin edən təkliflərin və ixtiraların iqtisadi effektivliyinin əsaslandırılmasında iştirak etmək;
Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə müvafiq işlərdə iştirak etmək;
Müəssisədə öz fəaliyyətinə dair rəhbərliyin qərar və layihələri ilə tanış olmaq, öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və sahənin bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək;
Mövcud normativ-hüquqi aktlara əsasən müvafiq sənədləşdirilməni icra etmək;
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Qatarların hərəkəti və manevr işi haqqında təlimatlara dair biliklər;
Təşəbbüskarlıq, problem həll etmə, resursların idarə edilməsi bacarığı.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7216
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+