Mexanik İşləri üzrə sahə mühəndisi (Ağdərə)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mülki tikinti işlərinə aid bütün mexanik işlərin icrasını idarə etmək və nəzarət etmək;
İşlərin səmərəli və vaxtında yerinə yetirilməsini təmin etmək üçün resursları (işçi qüvvəsi, avadanlıq və materiallar) optimallaşdırmaq;
Layihə və mühəndislik sənədləri ilə bağlı metodları, prosedurları, spesifikasiyaları, çertyojları və digər əlaqəli sənədləri şərh və nəzarət etmək;
İşçi heyətinin səmərəli və effektiv şəkildə təlimatlandırılmasını təşkil etmək;
Layihənin uğurla icrası məqsədilə digər sahə rəhbərləri və briqadirlərlə koordinasiyalı şəkildə işləmək;
Sahədə mexanik işləri ilə məşğul olan işçiləri və podratçıları idarə etmək;
HVAC, havalandırma, su təchizatı, kanalizasiya, yanğınsöndürmə və digər mexaniki sistemlərin quraşdırılması, montajı və sınaq işlərinə nəzarət etmək;
Mexaniki avadanlıqların və sistemlərin layihəyə uyğun şəkildə quraşdırılmasını və test edilməsini təmin etmək;
İşçi qruplarının lazımi alət, avadanlıq və materiallarla təmin olunmasına nəzarət etmək, material və avadanlıqların israfının qarşısını almaq;
İşçi heyətinin materiallardan düzgün istifadə etməsinə, iş yerində intizamın qorunmasına və təhlükəli iş təcrübələrinin qarşısının alınmasına nəzarət etmək;
İşçiləri Şirkətin bütün təhlükəsizlik və keyfiyyət prosedur və qaydaları ilə tanış etmək və tətbiqinə məsuliyyətlə nəzarət etmək;
Bütün mexaniki sistemlərin təhvil-təslimi zamanı menecer ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi və ya müvafiq sahə)
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Mexanik işləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18171
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+