Mexanik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 11 yanvar 2026
Təsvir
Əmək funksiyası
Otaqlarda texniki problemlərin (elektrik, su, istilik, soyutma və s.) aradan qaldırılması.
Kondisioner və havalandırma sistemlərinin (HVAC) təmiri və profilaktik xidməti.
Nasoslar, qazanxana, su isitmə sistemləri və digər mühəndis qurğularının baxımı.
Lift, generator və digər kritik avadanlıqların iş rejiminin monitorinqi (ixtisas tələb edən işlərdə müvafiq mütəxəssislə birlikdə).
Mətbəx avadanlıqlarının (soyuducu, sobalar, paltaryuyan və s.) təmiri.
Qapı kilidləri, kart sistemləri, pəncərələr, pərdələr və çilçıraqların təmiri.
Santexnika problemlərinin (sızıntı, boru tıxanması, su təzyiqi və s.) aradan qaldırılması.
İşıqlandırma sistemlərinin yoxlanması və lampaların dəyişdirilməsi.
Ümumi sahələrdə (lobby, koridor, restoran, spa və s.) texniki işlərin icrası.
Tələblər
Azərbaycan dili səlis
İngilis və rus dili (arzu olunandır)
Müvafiq vəzifə üzrə peşə təhsili
Müvafiq vəzifə üzrə təcrübə
Elektrik, santexnika və mexanika üzrə baza bilikləri.
HVAC və soyuducu sistemləri haqqında anlayış.
Təhlükəsizlik texnikası qaydaları.
Təmir və diaqnostika bacarıqları.
Komanda ilə işləmək və qonaqla düzgün ünsiyyət qurmaq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Fairmont Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2641
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə