Gəlir üzrə Auditor
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 23 yanvar 2026
Təsvir
Əmək funksiyası:
Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək
Gündəlik gəlir barədə qeydiyyat aparmaq və gəlir hesabatını dəqiq şəkildə hazırlamaq
Daxili Audit ilə bağlı işlərin və müvafiq prosedurları icra edilməsinə nəzarət etmək
Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Opera PMS, Micros, Sun) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək
Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, daxili prosedurlara uyğunluğunu, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək
Birbaşa rəhbər şəxs tərəfindən təyin edildiyi şəkildə bank hesablarının, digər balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək
Audit işlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək
Bütün xidmətlərə görə ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq
Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlar üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.
Tələblər
Mühasibat və mailiyyə sahəsində ali təhsil
Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək
Mühasibat sahəsində təcrübəsi olmaq.
Kompyüter bilikləri:Excel, Word.
Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq.
Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Fairmont Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3530
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə