Qarabağ Universitetinin Klinikası
Vəzifənin təsviri:
Müəssisədəki tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxış işlərini yerinə yetirmək.
Tibbi avadanlıqlarda yaranan texniki nasazlıqları diaqnostika etmək və təmir prosesini icra etmək və ya əlaqədar qurumlara yönləndirmək.
Preventiv texniki xidmət (PTX) planlarına uyğun olaraq tibbi avadanlıqlara vaxtaşırı texniki qulluq göstərmək və nəticələri sənədləşdirmək.
Yeni alınan tibbi avadanlıqların ilkin yoxlamasını aparmaq, istifadə qaydalarını öyrənmək və istifadəçilərə ilkin texniki dəstək göstərmək.
Servis şirkətləri və tədarükçülərlə texniki məsələlər üzrə gündəlik əlaqə yaratmaq və zəmanət çərçivəsində işlərin icrasını izləmək.
Avadanlıqların texniki sənədlərinin (istismar təlimatları, sertifikatlar, texniki pasportlar və s.) qeydiyyat və arxivləşdirilməsində iştirak etmək.
Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq avadanlıqların təhlükəsiz istismarını təmin etmək.
Mövcud texnologiyaların işləmə vəziyyətini qiymətləndirmək və texniki təkmilləşdirmə ilə bağlı şöbə rəhbərinə təkliflər vermək.
Audit və yoxlamalar zamanı avadanlıqların texniki vəziyyətinə dair tələb olunan məlumatları təqdim etmək və dəstək göstərmək.
Əməkdaşlarla birgə işləyərək biotibbi avadanlıqların fasiləsiz işləməsini təmin etmək və xidmət proseslərini optimallaşdırmaq.
Gündəlik və aylıq iş hesabatlarını şöbə müdirinə təqdim etmək.