Mətn yazarı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Fərqli rəqəmsal platformalar və auditoriyalar üçün kampaniya və məzmun yaradılması, konsepsiyalaşdırması və redaktə edilməsi;
Dar deadline müddətində effektiv qərarların qəbul edilməsi;
Mətnin texniki dəqiqliyinə cavabdeh olması;
Layihələrin tələblərə uyğun prioritetləşdirilməsi və vaxtında icra edilməsi.
Tələblər
Ali təhsil;
Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti;
Kreativ agentlikdə və ya müştəri tərəfində kopirayter təcrübəsi;
Kopiraytinqdə kreativ və strateji düşüncə;
Araşdırma bacarığı.
Arzulanan xüsusiyyətlər:
Sürətli iş mühitində öyrənmək və böyümək istəyi;
Reklamçı olmaq istəyi;
Qara yumor və sarkazm bacarığı;
Dürüst və birbaşa rəy verməsi;
Rus və ingilis dili bilikləri;
Müasir və keçmiş pop-mədəniyyət ilə maraqlanmaq və açıq fikirli olması.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10560
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+