Biznes Analitik (Elektron Kommersiya)

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • Biznes tərəfindən daxil olan tələblərin toplanması, təhlili və sənədləşdirilməsi (BRD, FRD);

  • Biznes proseslərinin as-is / to-be formatında təhlili, mövcud boşluq və dar yerlərin müəyyənləşdirilməsi;

  • Proseslərin BPMN vasitəsilə modelləşdirilməsi, use case və user story-lərin hazırlanması;

  • Tapşırıqların biznes dəyərinin qiymətləndirilməsi və backlog-un prioritetləşdirilməsində iştirak edilməsi;

  • Məhsul, əməliyyat və marketinq komandaları ilə sıx əməkdaşlığın qurulması;

  • Texniki spesifikasiyaların və API (REST / JSON) hazırlanması;

  • Arxitektura həllərinin hazırlanmasında iştirak edilməsi, frontend, backend və verilənlər bazası üzrə biliklərin tətbiq olunması;

  • Məlumatların yoxlanılması və analitik məqsədlər üçün SQL sorğularının yazılması;

  • Keyfiyyətə nəzarət prosesində iştirak olunması, acceptance criteria-ların hazırlanması və UAT mərhələsinin dəstəklənməsi;

  • Sənədləşdirmənin aparılması, Confluence, sequence və ER diaqramları ilə işlənməsi;

Tələblər

  • IT Business Analyst, Business Analyst və ya Product Analyst vəzifəsində minimum 1 il iş təcrübəsi;

  • REST API ilə iş təcrübəsi, texniki sənədlərin oxunması, Postman və Swagger alətləri ilə işləmək bacarığı;

  • Analitik səviyyədə SQL bilikləri (JOIN, GROUP BY);

  • BPMN, UML və sequence diaqramları hazırlamaq bacarığı;

  • Agile / Scrum mühitində Jira və Confluence ilə iş təcrübəsi;

  • SDLC prosesləri haqqında anlayış;

  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14064

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya