Data Analitik (Elektron Kommersiya)

Bakı,, Azərbaycan

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

  • Biznes və məhsul komandası ilə işləyərək data əsaslı qərarların qurulmasına dəstək olunması;

  • BI alətləri ilə interaktiv dashboardların hazırlanması və onların daim inkişaf etdirilməsi;

  • SQL ilə məlumatların çıxarılması, analiz edilməsi və performansın yaxşılaşdırılması;

  • Kampaniyaların effektivliyinin ölçülməsi və optimallaşdırma üçün təkliflərin verilməsi;

  • Elektron Kommersiya üzrə əsas göstəricilərin (conversion, LTV, CAC və s.) analiz edilməsi;

  • İstifadəçi davranışının araşdırılması və satışların artması üçün imkanların tapılması;

  • Developer və data komandası ilə birlikdə data strukturunun inkişafına dəstək olunması;

  • Komanda üçün data ilə işləməyin sadələşdirilməsi və hesabatların istifadəsinin yayılması.

Tələblər

  • Data analitika sahəsində minimum 2 il təcrübə;

  • SQL biliyi və real işdə istifadə təcrübəsi;

  • Excel ilə əminliklə işləmə bacarığı;

  • Statistik düşüncə və analiz bacarığı;

  • Elektron Kommersiya metrikalarını başa düşmək (conversion funnel, LTV, CAC və s.);

  • Google Analytics 4 və GTM ilə işləmə təcrübəsi;

  • Python və AWS bilikləri üstünlükdür;

  • Güclü ünsiyyət və fikri sadə izah etmə bacarığı;

  • Detallara diqqət və yüksək dəqiqlik;

  • Azərbaycan və rus dillərində sərbəstlik;

  • İngilis dili – minimum Intermediate.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14065

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya