Təsvir
İş şəraiti
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 1200-1500 AZN
İş yeri: “Melissa Group” (Baş ofis)
Vəzifə öhdəlikləri
Memarlıq konsepsiyalarını və dizayn təkliflərini ilkin ideyadan yekun təqdimata qədər inkişaf etdirmək;
Təqdimatları və layihə təsdiqləri üçün 3D modellər və vizuallaşdırmalar hazırlamaq;
Dizayn niyyətini çatdırmaq üçün eskizlər, diaqramlar və konseptual planlar hazırlamaq;
İşçi planlar, texniki detallar və tikinti sənədləri hazırlamaq;
Mühəndislər, məsləhətçilər və podratçılar ilə dizayn və mühəndisi koordinasiyasında iştirak etmək;
Material seçimi, fasad tədqiqatları və sahə planlaşdırılmasında dəstək göstərmək;
Layihə gedişatını izləmək və dizayn uyğunluğunu təmin etmək üçün sahə ziyarətləri həyata keçirmək.
Vəzifə ilə bağlı tələblər
Müvafiq vəzifədə 3 ildən artq tikintidə iş stajı;
Ali təhsil (İnterier dizayn və ya şəhərsalma ixtisası üzrə diplomlara malik namizədlər nəzərə alınmayacaq. Bu sahələrdə magistr dərəcəsi üstünlük kimi qiymətləndiriləcək);
Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
AutoCAD, SketchUp, Adobe Photoshop, Enscape / V-Ray / Lumion, Google Earth Pro bilikləri mütləqdir;
3ds Max / Revit / ArchiCAD – layihə fayllarını oxuma, redaktə etmə və başa düşmə bacarığı üstünlükdür;
İngilis və türk dili bilikləri vacib, rus dili biliyi üstünlükdür;
Əlavə Bacarıqlar
Əl ilə rəsm və eskiz qabiliyyəti;
Əla 3D məkan və həcmi qavrama bacarığı;
Detallara diqqət, dəqiqlik və dizayn estetikasına həssaslıq ;
Yaxşı ünsiyyət və komanda işi bacarığı;
Bir neçə layihəni eyni vaxtda idarə etmək və deadlinelara riayət etmək bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Memar” qeyd edərək, qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Melissa Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10724
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə