Ana Səhifə
Vakansiyalar

Məlumatların idarə edilməsi bölməsinin müdiri

Məlumatların idarə edilməsi bölməsinin müdiri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

  • Məlumatların keyfiyyətinin monitorinqi və yaxşılaşdırılması üçün proseslərin qurulması və idarə olunması;

  • Data governance siyasət və standartlarının tətbiqi və təkmilləşdirilməsində iştirak;

  • Metadata, data katalogu və data lineage məlumatlarının idarə olunması və yenilənməsi;

  • Data sahibləri (Data Owners), Data Stewards və digər məsul şöbələrlə əməkdaşlıq edərək məlumatların düzgün idarə olunmasının təmin edilməsi;

  • Data idarəetməsi ilə bağlı siyasət, prosedur və qaydaların müəyyən edilmiş müddət ərzində keyfiyyətlə icrasının təmin edilməsi.

Tələblər

  • Müvafiq istiqamət üzrə ali təhsil (Riyaziyyat, Statistika, İT, Kompüter Elmləri, İqtisadiyyat, Mühəndislik və.s);

  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;

  • İngilis və ya rus dili biliyi arzuolunandır;

  • Data governance, data keyfiyyəti idarəetməsi, metadata və master data management (MDM) prinsipləri, data kataloqları, data standartları və data siyasətlərinin tətbiqi üzrə təcrübə;

  • Məlumatların idarə olunması platformalarından (Informatica, Collibra, Alation, IBM InfoSphere, Ataccama və digərləri) ən az biri üzrə biliklər;

  • Data governance siyasət üzrə əsas metodologiyalarla bağlı məlumatlılıq, eləcə də qabaqcıl və səmərəli praktikalarla tanışlıq;

  • Korporativ mühitdə hesabatlıq və sənədləşmə qaydaları üzrə məlumatlılıq;

  • Etik məlumat istifadəsi və məxfilik prinsiplərinə tam riayət etmək bacarığı;

  • Analitik düşüncə və problemləri effektiv həll etmə qabiliyyəti.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14378

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis

Tam Ştat

Azərbaycan Respublikasının - Ətraf mühitin mühafizəsi sahəsində qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, Cəmiyyətin İdarə Heyətinin qərarlarını Cəmiyyət sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını rəhbər tutaraq işini icra etmək; Departamentin struktur qurumlarında ətraf mühitin mühafizəsi sahəsi üzrə daimi nəzarəti təmin etmək; Ətraf mühitin mühafizəsi sahəsində rəsmi statistik hesabatların struktur qurumlar üzrə işlənib müvafiq qayda üzrə təsdiq edilərək yönləndirilməsini təmin etmək; Departamentin ətraf mühitin mühafizəsi üzrə illik və perspektiv planların, tədbirlərin işlənməsinin təmin etmək; Departamentin ərazisində yerləşən yaşıllıqların müvafiq qaydada inventarizasiyası və nəticələrinin ümumiləşdirilərək siyahıya alınmasını təmin etmək; Şöbə üzrə vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı departament müdirinin, şöbə müdirinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Departamentin qurumlarının bölmələrində ətraf mühitin mühafizəsi vəziyyətini yoxlamaq, qanunvericilik və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək; ƏTMMD sahəsində təsdiq olunmuş formalı aylıq inspeksiyaların hər ay müəyyən edilmiş müddətdən gec olmayaraq struktur qurumlar tərəfindən aparılaraq ƏTMMD-yə təqdim edilməsinə nəzarət etmək; Departamentin struktur vahidləri üzrə ekoloji normativ sənədləri hazırlamaq; Ətraf mühitin mühafizəsi sahəsində hazırlanan daxili təlimatların struktur qurumlar tərəfindən aparılaraq, ƏTMMD-yə təqdim edilməsinə nəzarət etmək; Departamentin fəaliyyətinin ətraf mühitə edilən təsir göstəriciləri əsasında "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"na ekoloji ödənişlərin hesablanması və həyata keçirilməsini təmin etmək; Təsdiq edilmiş prosedur və formaların icrasına səlahiyyətləri daxilində nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.