Keyfiyyət təminatı üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
İSO 9001 standartının müəssisə daxilində tətbiqinin təşkili və izlənməsi.
İSO 9001-in tələblərinə uyğun proseslərin müəyyən edilməsi, təhlil edilməsi və tətbiqinə dəstək verilməsi;
Müəssisənin daxili prosedurlarına uyğun normativ sənədlərin hazırlanmasında iştirak etmək;
Hazırlanmalı olan sənədlərin İSO 9001 standartı və yerli qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək;
Yeni normativ sənədlərin tərtibi zamanı İSO 9001 standartına uyğunluğun təmin edilməsi;
ISO 9001 standartına əsasən daxili auditdə iştirak etmək;
Müəssisə daxili sənədlərin idarə edilməsi, redaksiyalara nəzarətin təmin edilməsi və aktuallığın qorunması;
Normativ sənədlərin qeydiyyatı, saxlanması və arxivləşdirilməsinin nəzarət altına alınması.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
Xarici dil: Azərbaycan dili (orfoqrafiya qaydaları üzrə biliklər mütləqdir) - sərbəst , İngilis və rus dili- arzu olunandır;
Müəssisə daxili sənədlərin hazırlanmasında təcrübənin olması;
Proseslərin vizuallaşdırılması alətlərindən istifadə üzrə bacarıq;
İSO 9001 standartının prinsipləri və tələbləri barədə dərin biliklər;
Daxili auditlərin keçirilməsində təcrübənin olması;
Biznes proseslərin təhlili, proseslər üzrə təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və təkliflərinin hazırlanması bacarığı;
Müxtəlif departamentlərlə effektiv kommunikasiya qurma bacarığı;
Keyfiyyətin idarəolunması sahəsində qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin idarə olunması üzrə biliklər;
İSO 9001:2015 Keyfiyyət idarəetmə standartı üzrə sertifikatın olması arzuolunandır;
İstehsalat və xidmət sahələrində təcrübə arzuolunandır.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14377
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+