Ana Səhifə
Vakansiyalar

Məlumat və bronlaşdırılma üzrə agent

Məlumat və bronlaşdırılma üzrə agent

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

  • Müştərilərə uçuşlar, aviabiletlər və şirkətin təqdim etdiyi xidmətlər barədə məlumat vermək;

  • Aviabiletlərin bronlaşdırılması, dəyişdirilməsi və ləğv edilməsi prosesini həyata keçirmək;

  • Telefon və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətləri cavablandırmaq;

  • Müştərilərin sorğularını operativ və dəqiq şəkildə həll etmək;

  • Müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək;

  • Müvafiq sistemlərdə məlumatların düzgün şəkildə qeydiyyatını aparmaq;

  • Yaranan problemlərin həlli üçün digər bölmələrlə əməkdaşlıq etmək;

  • Növbəli iş rejimində komandada effektiv şəkildə fəaliyyət göstərmək.

Tələblər

  • Bakalavr və ya peşə təhsili;

  • İş təcrübəsi: 0–1 il;

  • Azərbaycan dili – əla səviyyə;

  • İngilis dili – yaxşı səviyyə;

  • Rus dili – yaxşı səviyyə;

  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;

  • Yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Danışıqlar aparmaq bacarığı;

  • Problemləri həll etmə bacarığı;

  • Öyrənmə qabiliyyəti;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Komandada işləmək bacarığı.

İş qrafiki:

  • Növbəli.

İş yeri:

  • Dəmirçi Plaza

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12470

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Uçuşdaxili əyləncə və şəbəkə əməliyyatları üzrə mütəxəssis / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Tam Ştat

Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə bütün əməliyyat fəaliyyətlərinin vahid koordinasiya nöqtəsi kimi çıxış etmək; Müştəri təcrübəsi üzrə verilən tapşırıq və göstərişlərin əməliyyat səviyyəsində vaxtında və düzgün icrasını təmin etmək; Müştəri təcrübəsi bölməsi ilə CAMO / Texniki xidmət, Uçuş əməliyyatları, Yerüstü xidmətlər, Satınalma, Logistika və digər aidiyyəti struktur bölmələr arasında əlaqələndirici rolunu yerinə yetirmək Planlaşdırılmış dəyişiklik və təşəbbüsləri icra edilə bilən konkret əməliyyat addımlarına çevirmək və icrasını izləmək; Peron və yerüstü xidmətlər daxil olmaqla, yerində əməliyyat nəzarətini təmin etmək, avadanlıqların təyyarələrə yüklənməsi və boşaldılması prosesinə nəzarət etmək; Uçuşdaxili əyləncə serverləri, simsiz sistemlər, media daşıyıcıları, planşetlər və digər əlaqəli avadanlıqların hərəkətini, yerləşdirilməsini və hazır vəziyyətini təmin etmək; Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə avadanlıqların inventarını, mövcudluğunu və əməliyyat statusunu mütəmadi olaraq izləmək; Media kontentinin, proqram təminatının və internet bağlantısı yeniləmələrinin plan üzrə həyata keçirilməsini koordinasiya etmək və icranı təsdiqləmək; Planlaşdırılmış yeniləmələrlə faktiki təyyarələrdə icra olunan dəyişikliklər arasında uyğunluğu təmin etmək; Satınalma və logistika bölmələri ilə birlikdə avadanlıqların daşınması, təhvil-təslimi və daxili paylanmasını koordinasiya etmək; Gömrük rəsmiləşdirilməsi proseslərini izləmək, gecikmə və risklərin qarşısını almaq və operativ həllinə dəstək vermək; Biznes sinfi üçün planşetlərin, internet vauçerlərinin və digər xidmət elementlərinin əməliyyat baxımından hazır olmasını yoxlamaq; Uçuşdaxili əyləncə və internet xidmətlərinin cari vəziyyəti barədə rəhbərliyi mütəmadi və operativ məlumatlandırmaq; Açıq qalan məsələləri, gecikmələri və riskləri sistemli şəkildə izləmək və vaxtında eskalasiya etmək; Əməliyyat zamanı yaranan problemlərin aidiyyəti bölmələrlə koordinasiyalı və operativ həllini təşkil etmək; Reaktiv yanaşmadan planlı və idarə olunan icraya keçidi təmin etmək məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək; Strateji planlarla faktiki əməliyyat icrası arasında uyğunluğu və hesabatlılığı təmin etmək; Xidmətlərin həcmi və mürəkkəbliyi artdıqca əməliyyatların sabit, şəffaf və proqnozlaşdırıla bilən şəkildə idarə olunmasını təmin etmək.