Məhsul meneceri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Mövcud və yeni məhsulların optimallaşdırılması və inkişaf etdirilməsi;
Məhsul üzrə satışların artırılması üçün mütamadi təkliflərin verilməsi;
Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
Təmsil etdiyi məhsul qrupu üzrə satış komandasının lazımi informasiya ilə təmin edilməsi;
Məhsul üzrə satış kanallarının koordinasiyası və idarə olunması;
Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə bəzi müştərilər üzrə fərdi əməkdaşlığın qurulması;
Kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
Satış komandasına, rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə satış şöbələri ilə işin koordinasiyası;
Satışı stimullaşdırıcı kampaniyaların hazırlanması və icrasına nəzarət edilməsi.
Tələblər
Marketinq və ya əlaqəli sahədə Ali təhsil (Marketin, Biznesin idarə edilməsi, MBA ixtisasları üstünlükdür);
Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
İngilis dili biliyi arzuolunandır;
MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;
Məhsullar üzrə proqnoz vermək və satış planlatının hazırlayıb həyata keçirmək üzrə təcrübə;
Yaradıcı, innovativ və strateji düşünmə bacarığı.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza;
Korporativ nömrə verilir.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Şəhərin mərkəzində ofis;
Bonus sistemi;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10586
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000