Marketinq və PR üzrə mütəxəssis
Bakı,, Xətai, prospekti, 38
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Marketinq departamentinin rəhbərivəzifəsi üzrə işçi qəbulunu elan edir.
Aşağıda qeyd edilən vəzifə öhdəlikləri və tələblərə cavab verən namizədlər müraciət edə bilərlər:
Vəzifə öhdəlikləri:
Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini
Tələblər
Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi mütləqdir;
Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
Komandada işləmə və komandanı idarəetmə;
İş şəraiti
İş rejimi: Həftənin 5 günü, saat 09:00-18:00
Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı müəyyənləşdiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Marketinq departamentinin rəhbəri*”** yazaraq qeyd edilmiş hr@atia-az.az elektron po&cce
Necə Müraciət Etmək Olar
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7220
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə