Marketinq üzrə təcrübəçi
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 10 may 2026
Təsvir
Milli Süni İntellekt Mərkəzi marketinq sahəsində təməl biliklərə sahib olan və bu istiqamətdə peşəkarlaşmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramı müddətində namizəd peşəkar mühitdə real marketinq, icma və tədbir layihələrinə cəlb olunacaq, kontent planlaşdırılması, kampaniyaların icrası və kommunikasiya proseslərinin əsas prinsiplərini öyrənəcək və bu sahədə praktiki təcrübə qazanacaqdır. Eyni zamanda, bazar araşdırması, copywriting və analitik düşünmə bacarıqlarını inkişaf etdirəcəkdir.
Tələblər
Kimlər müraciət edə bilər?
3-cü kursu bitirən tələbələr və məzunlar
Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər
Tələb edilən texniki bilik və bacarıqlar:
Sosial media platformaları haqqında ilkin biliklər;
Bazar və rəqib araşdırması aparmaq bacarığı;
Kontent ideyası formalaşdırmaq bacarığı;
Google Sheets/Excel ilə ilkin səviyyədə işləmək bacarığı;
Təqdimat hazırlamaq bacarığı;
Süni intellekt alətləri ilə işləmək bacarığı;
Süni intellekt və texnologiya sahəsinə maraq;
Canva, CapCut və ya oxşar alətlərdən istifadə bacarığı üstünlükdür.
Tələb edilən yumşaq bacarıqlar:
Araşdırma bacarığı;
Kreativ düşüncə;
Məsuliyyətlilik;
Komanda ilə işləmək bacarığı;
Təşəbbüskarlıq;
Kommunikasiya bacarığı;
Operativlik;
Təşkilatçılıq.
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00
Müddət: 3 ay
Təcrübə proqramı ödənişlidir
Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı
Necə Müraciət Etmək Olar
National Artificial Intelligence Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15594
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə