QA mühəndisliyi üzrə təcrübəçi

Təcrübə

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 1 may 2026

Son Tarix: 10 may 2026

Təsvir

Milli Süni İntellekt Mərkəzi proqram təminatının test edilməsi üzrə təməl biliklərə sahib olan və bu sahədə peşəkarlaşmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramı müddətində namizəd peşəkar mühitdə real layihələrdə iştirak edəcək, sistemlərin keyfiyyətinin təmin olunması proseslərini öyrənəcək və proqram təminatının davranışını istifadəçi baxımından analiz etmə bacarıqlarını inkişaf etdirəcəkdir.

Tələblər

Kimlər müraciət edə bilər?

  • 3-cü kursu bitirən tələbələr və məzunlar

  • Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər

Tələb edilən texniki bilik və bacarıqlar:

  • Testing təməli: Manual testing, test növləri (functional, regression) və bug lifecycle haqqında baza bilikləri;

  • Test dizaynı: Test case və checklist hazırlamaq, test ssenariləri qurmaq bacarığı;

  • Web əsasları: Web tətbiqlərin işləmə prinsipləri (UI, client-server modeli, request/response) haqqında anlayış;

  • Bug reporting: Tapılan problemləri aydın şəkildə sənədləşdirmək və düzgün bug report yazmaq bacarığı;

  • API testing: API-lərin yoxlanılması üzrə ilkin bilik (məsələn, Postman ilə request göndərmək və response analiz etmək);

  • Proqramlaşdırma bilikləri: JavaScript üzrə ilkin anlayış (üstünlükdür);

  • Test alətləri: Test və debugging alətləri ilə tanışlıq (browser dev tools və s.);

  • Automation anlayışı: Test avtomatlaşdırılması konseptləri (Playwright, Selenium və s.) haqqında ilkin məlumat (üstünlükdür).

Tələb edilən yumşaq bacarıqlar:

  • Problem həll etmə bacarığı;

  • Komanda ilə işləmə bacarığı;

  • Effektiv ünsiyyət bacarığı;

  • Məsuliyyət və detallara diqqət.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00

  • Müddət: 3 ay

  • Təcrübə proqramı ödənişlidir

  • Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı

Necə Müraciət Etmək Olar

National Artificial Intelligence Center

National Artificial Intelligence Center

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15596

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya