Ana Səhifə
Vakansiyalar
Marketinq, Reklam və PR
Rəqəmsal marketinq

Marketinq mərkəzinin eksperti (Baş mütəxəssis)

Marketinq mərkəzinin eksperti (Baş mütəxəssis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 27 may 2026

Təsvir

Marketinq mərkəzi

Vəzifə Öhdəlikləri:

  • Sığorta bazarında həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlərin müəyyən olunması;

  • Rəqiblərin kimliyi, bazardakı mövqeyi və payı, həmçinin uğurlarına təsir edən əsas faktorların araşdırılması;

  • Press-reliz mətnlərinin hazırlanması;

  • Mərkəzin illik büdcəsinin hazırlanmasında iştirak etmək;

  • Rəqəmsal marketinq layihələrinin idarə olunması;

  • Yeni rəqəmsal alətlərdən istifadə etməklə potensial müştərilərə birbaşa çıxışın təmin edilməsi;

  • Rəqəmsallaşma strategiyasına uyğun rəqəmsal həllərin hazırlanması prosesində iştirak;

  • Məhsullar üzrə media və kommunikasiya planlarının hazırlanması;

  • Mövcud satış kanalları üzrə reklam materiallarının hazırlanması və KİV-də yerləşdirilməsi;

  • Korporativ internet səhifəsinin idarə olunmasının təmin edilməsi.

​​​​​​​Namizədə olan tələblər:

  • İş təcrübəsi: Marketinq sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.

  • Təhsili: Biznes, iqtisadiyyat, marketinq və ya menecment ixtisasları üzrə ali təhsil tələb olunur.

  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla

  • **Kompüter bilikləri:**MS Office:əla , MS PowerPoint:əla

  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;

  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18249

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi (Validasiya / Model risklərinin idarə edilməsi üzrə)

Tam Ştat

Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi Vəzifə Öhdəlikləri: Riyazi və kəmiyyət əsaslı modellərin validasiya proseslərinin planlaşdırılması, prioritetləşdirilməsi və icrasına rəhbərlik edilməsi, validasiya nəticələrinin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarətin təmin edilməsi; Xarici validasiya şirkətləri (third-party validatorlar) ilə əməkdaşlığın idarə edilməsi, validasiya çərçivəsinin müəyyənləşdirilməsi və təqdim olunan nəticələrin müstəqil şəkildə qiymətləndirilməsi; Model sahibləri, model tərtibatçıları və digər aidiyyəti şəxslərlə əməkdaşlığın həyata keçirilməsi; Model və ya alət kimi istifadə olunan kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyənləşdirilməsi, model riski səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, həmçinin model riski üzrə hesabatların hazırlanması prosesində iştirak və həmin prosesin idarə edilməsi; Model risklərinin idarə olunması üzrə metodologiya, prosedur və daxili alətlərin davamlı təkmilləşdirilməsi, avtomatlaşdırılması və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi; Komandanın gənc üzvlərinə mentorluq edilməsi; Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Risklərin idarə olunması, model validasiyası və ya digər əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi tələb olunur. **Təhsili:**İstənilən ixtisas üzrə ali təhsil tələb olunur. Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla Üstünlüklər: Dataiku platformasında işləmə bacarığı, AI modelləri üzrə biliklərin olması. Kompüter bilikləri: MS Office:əla Python/R: əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı. ​​​​​​​Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Tam Ştat

Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi Vəzifə Öhdəlikləri: Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk xəritələrinin hazırlanması və mütəmadi yenilənməsi prosesinin koordinasiya edilməsi; Əsas risk indikatorlarının (KRI) və Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin monitorinqinin həyata keçirilməsi, limit pozuntuları və kritik risk hadisələri üzrə vaxtında eskalasiya prosesinə nəzarət edilməsi; İdarə Heyəti, Risk Komitəsi, CRO və digər aidiyyəti idarəetmə orqanları üçün risk hesabatlarının hazırlanması və təqdim edilməsi; Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət və limit istifadəsi üzrə təhlillərin aparılması; Risklərin idarə olunması siyasətləri, metodologiyaları və prosedurlarının tətbiqi, təkmilləşdirilməsi və effektivliyinin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi və icrasının koordinasiya edilməsi; Risk iştahası, risk tolerantlığı və limitlərin müəyyən edilməsi prosesində iştirak və aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi; ORSA (Own Risk and Solvency Assessment) prosesinə dəstək göstərilməsi, risklərin kapital adekvatlığına və maliyyə dayanıqlılığına təsirinin qiymətləndirilməsi; ESG risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılıq proseslərinin həyata keçirilməsində iştirak və əlaqələndirmə funksiyasının icrası; Şirkət daxilində risk mədəniyyətinin inkişaf etdirilməsi, maarifləndirmə və təlim təşəbbüslərinə dəstək göstərilməsi; Komandanın gənc üzvlərinə mentorluq edilməsi; Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Əlaqəli sahələrdə (risklərin idarə olunması, maliyyə, sığorta, daxili audit və s.) minimum 3 il iş təcrübəsi tələb olunur. **Təhsili:**İstənilən ixtisas üzrə ali təhsil tələb olunur. Dil bilikləri: İngilis dili:əla Üstünlüklər: Sertifikatların olması üstünlükdür Kompüter bilikləri: MS Office:əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sığorta hadisələri şöbəsinin kiçik mütəxəssisi

Tam Ştat

Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Sığorta hadisələri şöbəsi Vəzifə Öhdəlikləri: Sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisələrin ətraflı şəkildə araşdırılması və qanunvericiliyə, həmçinin şirkətin maraqlarına uyğun olaraq tənzimlənməsi; Daxil olan hadisələrin müvafiq platformalar üzərindən qəbulu və qeydiyyatının aparılması; Daxil olan hadisələrin qanunvericiliyə uyğun qaydada arxivləşdirilməsi (fiziki və elektron arxiv qovluqlarının yaradılması); Baş verən hadisə ilə bağlı ehtiyac olduqda ailə üzvləri, zərərçəkmişlər, yaxınlar və digər üçüncü şəxslərlə əlaqə yaradılması; Hadisələrin araşdırılması ilə bağlı müvafiq araşdırma məktublarının hazırlanması; Hadisələrin tənzimlənməsi zamanı vətəndaş hüquqlarının və müştəri məmnuniyyətinin qorunmasının təmin edilməsi; Həyat sığortası növü üzrə müddətin sonuna qədər yaşam və ölüm hadisələrinin tənzimlənməsi zamanı kreditin olub-olmaması ilə bağlı banka sorğuların göndərilməsi; Hadisələrin tənzimlənməsi zamanı mübahisəli məqamlar yarandıqda müvafiq tərəflərlə (şöbə müdiri, departament direktoru, Korporativ hüquq nümayəndələri və İdarə Heyətinin üzvləri) müzakirələrin aparılması; Sığorta hadisələri üzrə ödəniş aktlarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərtib edilməsi, ödəniş məbləğlərinin düzgün hesablanması və sənədlərin şirkət daxili müvafiq təsdiqləmə pillələrindən keçirilməsinin təmin edilməsi; Baş vermiş hadisələr üzrə imtina məktublarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanması, imtinaların əsaslandırılmış şəkildə aparılması və sənədlərin şirkət  daxili təsdiqləmə prosesindən keçirilməsinin təmin edilməsi; Hadisələr və ödənişlər üzrə uçotun aparılması və müvafiq hesabatların hazırlanması; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur. Təhsili: İqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur. Dil bilikləri: İngilis dili:orta , Rus dili:orta , Azərbaycan dili:əla. Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür. Kompüter bilikləri: MS Office:orta. Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.