Sığorta hadisələri şöbəsinin kiçik mütəxəssisi
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 30 may 2026
Təsvir
Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Sığorta hadisələri şöbəsi
Vəzifə Öhdəlikləri:
Sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisələrin ətraflı şəkildə araşdırılması və qanunvericiliyə, həmçinin şirkətin maraqlarına uyğun olaraq tənzimlənməsi;
Daxil olan hadisələrin müvafiq platformalar üzərindən qəbulu və qeydiyyatının aparılması;
Daxil olan hadisələrin qanunvericiliyə uyğun qaydada arxivləşdirilməsi (fiziki və elektron arxiv qovluqlarının yaradılması);
Baş verən hadisə ilə bağlı ehtiyac olduqda ailə üzvləri, zərərçəkmişlər, yaxınlar və digər üçüncü şəxslərlə əlaqə yaradılması;
Hadisələrin araşdırılması ilə bağlı müvafiq araşdırma məktublarının hazırlanması;
Hadisələrin tənzimlənməsi zamanı vətəndaş hüquqlarının və müştəri məmnuniyyətinin qorunmasının təmin edilməsi;
Həyat sığortası növü üzrə müddətin sonuna qədər yaşam və ölüm hadisələrinin tənzimlənməsi zamanı kreditin olub-olmaması ilə bağlı banka sorğuların göndərilməsi;
Hadisələrin tənzimlənməsi zamanı mübahisəli məqamlar yarandıqda müvafiq tərəflərlə (şöbə müdiri, departament direktoru, Korporativ hüquq nümayəndələri və İdarə Heyətinin üzvləri) müzakirələrin aparılması;
Sığorta hadisələri üzrə ödəniş aktlarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərtib edilməsi, ödəniş məbləğlərinin düzgün hesablanması və sənədlərin şirkət daxili müvafiq təsdiqləmə pillələrindən keçirilməsinin təmin edilməsi;
Baş vermiş hadisələr üzrə imtina məktublarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanması, imtinaların əsaslandırılmış şəkildə aparılması və sənədlərin şirkət daxili təsdiqləmə prosesindən keçirilməsinin təmin edilməsi;
Hadisələr və ödənişlər üzrə uçotun aparılması və müvafiq hesabatların hazırlanması;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
Təhsili: İqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: İngilis dili:orta , Rus dili:orta , Azərbaycan dili:əla.
Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Kompüter bilikləri: MS Office:orta.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Life
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18250
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor