Marketinq kommunikasiyaları üzrə menecer/Olivia (Beauty and care)
Bakı,, Azərbaycan
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Brend kommunikasiya strategiyasının hazırlanması və şirkətin mesajının bütün kanallarda koordinasiyalı şəkildə çatdırılması;
ATL/BTL, digital və PR kampaniyalarının planlaşdırilması, icra və nəzarət edilməsi;
Dizayn komandası, digər tərəfdaşlarla brifinq və əməkdaşlıqların aparılması;
İnfluencerlər və rəy liderləri ilə əməkdaşlıq qurulması, kampaniya inteqrasiyaları planlaşdırılması;
Kampaniyaların nəticələrinin ölçülməsi, ROI və digər KPI-lar üzrə analizlərin hazırlanması;
Kommunikasiya büdcəsinin planlaşdırılması, xərclərin izlənməsi və hesabatların hazırlanması;
Brend tonunun və vizual üslubunun bütün kommunikasiya materiallarında qorunmasının təmin edilməsi;
Daxili kommunikasiya və şirkət daxilində informasiya axınının təmin edilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Tələblər
Marketinq və ya kommunikasiya sahəsində 3 il təcrübə.
ATL, BTL, PR və digital layihələr üzrə praktiki bilik.
Yaradıcı düşünmə və səlis yazılı-şifahi ünsiyyət bacarığı.
Azərbaycan dili yazı və şifahi əla və ingilis dili bilikləri yazı və şifahi biliyi yaxşı.
Planlama, büdcə və hesabat aparma bacarığı.
Data ilə işləmə və analitika bacarığı
Komanda idarə etmə bacarığı
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16263
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+