Süni İntellekt üzrə kiçik mühəndis
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Qlobal trendlərin monitorinqi və biznes tələblərinin analizi;
Həllərin təklifi: Toplanan biznes problemlərinə uyğun gələn ən effektiv AI alətlərini və avtomatlaşdırma ssenarilərini araşdırıb, komandaya təklif etmək;
Alət müqayisəsi və analitika: Eyni funksiyalı AI platformalarını müqayisə edərək onların üstün və zəif cəhətlərini göstərən detallı analitik cədvəllər hazırlamaq.
Məlumatların mərkəzləşdirilməsi: AI çatbotlarının effektiv işləməsi üçün şirkət daxilindəki dağınıq sənədləri, excel cədvəlləri və prosedurlarının toplanmasına, təmizləyərək vahid "bilik bazası" (knowledge base) formalaşdırılmasına dəstək.
No-code prototip və testlər;
Biznes proseslərinin xəritələnməsi, hesabatlılıq və təqdimat;
Daxili təlim və adaptasiya: Tətbiq edilən yeni AI alətlərinin şirkət əməkdaşları tərəfindən mənimsənilməsi üçün istifadəçi təlimatları hazırlamaq və kiçik təlimlər (workshop) keçirmək.
Tələblər
Ali təhsil arzuolunandır;
İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);
Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);
Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);
Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);
Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);
Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);
AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);
Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;
Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;
Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16273
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+