Mağaza Meneceri (Terranova)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupu “Mağaza Meneceri” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.
Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.
Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.
Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.
İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).
Mağazaya pos-materialları sifariş edir.
Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.
Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.
Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.
Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
Mağazada təmizlik işlərinə nəzarət edir.
Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.
Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.
Professional Biliklər:
Satışın təşkili
MS Office Proqramları
Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır
Təhsil:
Ali təhsil üstünlükdür
İş təcrübəsi:
Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi
İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
İdarəetmə bacarıqları
Liderlik
Təşkilatçılıq
Ünsiyyət bacarıqları
Vaxtın idarəolunması
Problem həll etmə
Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək göstərilənelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9740
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+