Logistika üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 yanvar 2026
Son Tarix: 19 fevral 2026
Təsvir
İş şəraiti:
İş yeri: İçərişəhər, Vəli Məmmədov, ev 3
İş qrafiki: Tam ştat (5 gün / həftə)
Əmək haqqı: 1550 azn-dən başlayır
Vəzifə öhdəlikləri:
Daxili və beynəlxalq daşımaların təşkili və koordinasiyası
Nəqliyyat şirkətləri və ekspeditorlarla danışıqların aparılması
Daşınma üzrə qiymət təkliflərinin toplanması və müqayisəli analiz edilməsi
Yüklərin çıxış və çatdırılma prosesinin nəzarətdə saxlanılması
Gömrük sənədləşməsi üzrə proseslərdə koordinasiya və nəzarət
Yüklərin hərəkətinin izlənməsi, gecikmə risklərinin idarə olunması
Nəqliyyat sənədlərinin hazırlanması və yoxlanılması (CMR, TIR Carnet, Invoice, Packing list və s.)
Logistika üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Anbar və satınalma komandası ilə koordinasiyalı işin təşkili
Tələblər
Ali təhsil (logistika, beynəlxalq ticarət, iqtisadiyyat arzuolunandır)
Logistika sahəsində minimum 3 il iş təcrübəsi
Beynəlxalq daşımalar və idxal-ixrac əməliyyatları üzrə bilik
MS Office (Excel mütləq) proqramlarında yaxşı işləmə bacarığı
Operativlik, məsuliyyət, dəqiqlik və komanda ilə işləmə bacarığı
Azərbaycan dili, rus dili, ingilis dili– səlis
Biz təklif edirik:
Stabil iş və karyera inkişafı imkanı
Peşəkar kollektivdə iş mühiti
Rəsmi əmək müqaviləsi
Əmək bazarına uyğun motivasiyaedici əmək haqqı
Müraciət qaydası:
CV-lərinizi göstərilənelektron poçtuna göndərin və mövzu hissəsində “Logistika üzrə mütəxəssis” qeyd edin.
Necə Müraciət Etmək Olar
ALCO MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5839
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə