Təsvir
Fəaliyyət sahəsi: İstehsal
İş şəraiti
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 3
İş qrafiki: Tam ştat, 5 günlük iş rejimi (09:00 – 18:00)
Əmək haqqı: 1550 AZN (arta bilər)
Əsas vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və aparılması
Gündəlik maliyyə əməliyyatlarının (gəlir, xərc, bank, kassa) uçotu
Elektron qaimə-fakturaların, hesab-fakturaların və müqavilələrin uçotu
Bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti
Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması
DSMF, işsizlik sığortası və icbari tibbi sığorta üzrə hesabatların hazırlanması
Vergi hesabatlarının (ƏDV, gəlir, mənfəət və s.) hazırlanması və təqdim edilməsi
Statistika və digər dövlət qurumlarına hesabatların verilməsi
Debitor və kreditor borclarının uçotu və təhlili
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması
Mühasibat arxivinin sistemli şəkildə aparılması
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil
Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal və ya ticarət sahəsi üstünlükdür)
Bakı şəhərində, İçərişəhərə yaxın ərazidə yaşamaq
Vergi Məcəlləsi və əmək qanunvericiliyini bilmək
1C 8.3 proqramında sərbəst işləmək bacarığı
MS Excel proqramında yüksək səviyyədə işləmək
e-gov, e-taxes, e-qaimə sistemləri ilə iş təcrübəsi
Analitik düşünmə, dəqiqlik və məsuliyyət
Konfidensiallıq qaydalarına riayət
Azərbaycan dili – sərbəst
Rus və/və ya ingilis dili biliyi üstünlükdür
Üstünlük hesab olunan bacarıqlar:
İstehsal maya dəyərinin hesablanması təcrübəsi
İdxal–ixrac və beynəlxalq əməliyyatlar üzrə bilik
Audit təcrübəsi və ya audit şirkətləri ilə iş
ACCA, CAP/CIPA sertifikatlarının olması
Şirkət tərəfindən təklif olunur:
Rəsmi əmək müqaviləsi
Stabil və uzunmüddətli iş imkanı
Peşəkar və dinamik kollektiv
Karyera inkişafı və təlim imkanları
Vaxtında əmək haqqı ödənişi
Bonus və motivasiya sistemi (nəticələrə əsasən)
Uyğun namizədlərdən CV-lərini qeyd olunan elektron ünvanına “Mühasib vakansiyası” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Tələblər
Tələblərə cavab verməyən namizədlərin müraciət etməmələri rica olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
ALCO MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4397
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə