Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Lənkəran Beynəlxalq Hava Limanı/ Fəhlə
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 12 fevral 2026
Təsvir
Aerodrom ərazisində müəyyən edilmiş sahələr üzrə müxtəlif fiziki işlərin icra edilməsi;
Uçuş-enmə zolaqlarının, perronun və digər aerodrom sahələrinin təmiz və istifadəyə yararlı vəziyyətdə saxlanılması;
Aerodrom ərazisində istifadə olunan texniki avadanlıqların və inventarların daşınmasında və yerləşdirilməsində iştirak;
Mövsümi işlərdə (qar və buzun təmizlənməsi və s.) iştirak edilməsi;
Aviasiya təhlükəsizliyi, əməyin mühafizəsi və daxili qaydalara ciddi riayət olunması;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
Orta təhsil (ali və ya peşə təhsili arzuolunandır);
Fiziki cəhətdən sağlamlıq və ağır iş şəraitində işləmək qabiliyyəti;
Növbəli iş qrafiki və açıq hava şəraitində işləməyə hazırlıq;
Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına riayət etmək bacarığı;
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət);
İş yeri:
Lənkəran Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7920
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+