Satış və Əməkdaşlıq İdarəsi/ Əlaqə Mərkəzi şöbəsi / Əlaqə Mərkəzi qrupu/Növbə Rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Əlaqə mərkəzinin növbə üzrə fəaliyyətinin təşkili və operativ idarə olunması;
Növbə ərzində iş proseslərinin fasiləsiz və effektiv icrasına nəzarət;
Komanda üzvlərinin işinin koordinasiyası və tapşırıqların düzgün bölüşdürülməsi;
Müştəri müraciətlərinin operativ və keyfiyyətli şəkildə həll olunmasına nəzarət;
Xidmət keyfiyyətinin qorunması və müəyyən edilmiş standartlara uyğunluğun təmin edilməsi;
Növbə zamanı yaranan problemlərin operativ təhlili və həlli;
Növbə üzrə fəaliyyətə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Komanda daxilində effektiv kommunikasiya və əməkdaşlıq mühitinin təmin edilməsi.
Tələblər
Ali təhsil (Bakalavr dərəcəsi);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dili – əla;
İngilis dili – yaxşı;
Rus dili – yaxşı;
MS Office proqramları üzrə biliklər (Word, Excel, PowerPoint, Outlook);
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqlar aparmaq bacarığı;
Qərarvermə və problemlərin həlli bacarığı;
Təqdimat bacarıqları;
Komandada işləmə və komandanın fəaliyyətini koordinasiya etmə bacarığı;
Dəyişikliklərə uyğunlaşma və öyrənmə qabiliyyəti.
İş şəraiti
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10871
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+