Layihənin idarə edilməsi üzrə Kiçik Administrator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu sifarişçi şirkət tərəfindən təmir-tikinti işlərinin Baş Mütəxəssisin nəzarəti ilə təşkil və icra etmək.
Vəzifə öhdəlikləri:
Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partnyorlardan dizayn proyektin alınmasında köməklik göstərmək
Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkilində, materialların alınmasını təmin edilməsində və investisiya büdcəsini hazırlamasında köməklik etmək
Tərəfdaşlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamanmasında və layihənin dizayn proyektə uyğun olaraq icrasında köməklik göstərmək
Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə Baş Mütəxəssis nəzarəti ilə təhvil vermək
Məsuliyyət sahəsi:
Biznes kommunikasiya
Mağaza və brend layihələri
Professional biliklər:
Layihənin idarə olunması və ya Satınalma/Təchizat Zənciri arzu olunandır
İngilis dili yüksək səviyyədə
MS Office proqramları
Təhsil:
İqtisadiyyat/Biznesin idarə edilməsi üzrə Ali təhsil arzu olunandır
Satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə sertifikat arzu olunandır
İş təcrübəsi:
Layihənin idarə olunması və ya Satınalma/təchizat zənciri sahəsində tərcübə arzu olunandır
Professional Bacarıq və Kompetensiyalar:
Biznes ünsiyyət
Danışıqlar aparmaq bacarığı
Zamanın idarə olunması
Tədqiqat bacarıqları
Analitik bacarıqlar
Nəticə yönümlülük
Proaktiv düşüncə
Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində **“Layihənin idarə edilməsi üzrə Kiçik Administrator”**qeyd edərək göstərilənelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8444
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+