Layihə və xərclərinin idarə olunması üzrə mütəxəssis (Tikinti sektoru)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Layihələrdə vaxtın idarə edilməsinə nəzarət etmək
Layihələrdə xərclərin idarə edilməsi (Forma 1,2,3 - lərin hazırlanması və yoxlanılması) sistemini təmin etmək
Layihələrdə resursların idarə edilməsi tədbirlərini təmin etmək
Layihələrdə daxili və xarici kommunikasiyaların idarə olunması
Layihələrdə maliyyə risklərinə nəzarət etmək
Subpodratçılarla olan qiymət razılaşma protokollarının və texniki şərtlər bölmələrinin hazırlanması
Layihələrin idarə olunmasının müvafiq hüquqi və normativ standartlara uyğun olmasının təşkil edilməsi
Layihələrdə gözlənilməz halların və problemlərin həll edilməsinin təşkil
Görülən işlərə dair günlük, aylıq hesabatların hazırlanması
Müştəri, podratçı və digər maraqlı tərəflərlə əlaqələrin saxlanması
IPS Database-nin hazırlanması, yoxlanması;
İPS hesabatların tərtib olunması və izlənməsi;
Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət
Satınalma və Maliyyə departamentindən gələn sənədlərin yoxlanılması
Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabarların hazırlanması
Həyata keçirilmiş işlər üzrə aylıq hesabatların hazırlanması və onların birbaşa rəhbərə təqdim olunması
Tələblər
Ali təhsil (İnşaat mühəndisliyi, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
Tikinti layihələrində xərc nəzarəti, büdcələşdirmə və ya layihə idarəetməsi sahəsində minimum 1-3 il iş təcrübəsi
Tikinti layihələri üzrə smeta sənədlərinin oxunması və təhlili bacarığı
BOQ, iş həcmləri və maliyyə göstəriciləri ilə işləmə təcrübəsi
Layihə büdcələrinin formalaşdırılması və maliyyə təhlili üzrə biliklər
Material, əmək və texnika xərclərinin hesablanması prinsiplərinə yiyələnmə
MS Excel üzrə yüksək səviyyədə bilik (formullar, pivot cədvəllər, analiz)
Smeta və layihə proqramları ilə işləmə bacarığı üstünlükdür
Analitik düşünmə və detallara yüksək diqqət
Vaxtın effektiv idarə olunması və çoxsaylı tapşırıqlarla işləmə bacarığı
İş şəraiti:
İş yeri: Caspian Plaza;
İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Layihə və xərclərinin idarə olunması üzrə mütəxəssis (Tikinti sahəsi)” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Amal Group
Other
Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7446
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200