Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Mexanika mühəndisi (Qubadlı rayonu)
Tam Ştat
Orta Səviyyə
2.200 AZN-dən
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mexaniki sistemlərin (nasoslar, ventilyatorlar, kompressorlar, boru xətləri və s.) layihələndirilməsini təmin etmək.
Mövcud mexaniki avadanlıqların texniki vəziyyətini qiymətləndirmək və təmir planlarını hazırlamaq.
Yeni avadanlıqların quraşdırılmasına, sazlanmasına və istismara verilməsinə nəzarət etmək.
Texniki cizgilərin, hesabatların və texniki sənədlərin hazırlanmasını təmin etmək.
Nasazlıqların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək.
Mexaniki sistemlərin enerji səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq.
Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək.
Podratçılar, təchizatçılar və texniki nəzarət orqanları ilə əməkdaşlıq etmək.
Gündəlik texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Avadanlıqların texniki baxış, kalibrasiya və planlı təmir işlərinin vaxtında icrasını təmin etmək.
Ehtiyat hissələrinin siyahısını hazırlamaq, onların vaxtında sifarişi və dəyişdirilməsini təmin etmək.
Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq və texniki yenilikləri izləmək.
İstehsalat və texniki proseslərdə yaranan mexaniki problemlərin diaqnostikasını aparmaq.
Texniki təhlükəsizlik üzrə təlimlərdə və daxili yoxlamalarda iştirak etmək.
Layihə və texniki sənədlərin tərtibində, ekspertizasında və təsdiqində iştirak etmək.
Mexaniki sistemlərin iş rejimlərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün ölçmələr aparmaq.
İstifadə olunan avadanlıqların istismar müddətinə nəzarət etmək və modernizasiya təklifləri vermək.
Texniki şöbənin fəaliyyətinə dair aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
İş şəraiti:
İş qrafiki və qeydlər:
6 günlük iş qrafiki
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Əmək haqqı: 2200-2800 AZN
Tələblər
Təhsil: Ali (Mexanika mühəndisi sahəsi üzrə)
İş stajı: Mexanika mühəndisi kimi 3-5 il arası təcrübə
Yaş həddi: 25-50
AutoCad proqramı bilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Mexanika mühəndisi” qeyd edərək göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Amal Group
Other
Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7193
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200