Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Elektrik mühəndisi (Qubadlı rayonu)
Tam Ştat
Orta Səviyyə
2.200 AZN-dən
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Elektrik sahəsi üzrə iş bölgüsü aparmaq və onu təşkil etmək;
Hasilat sahəsinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təşkil etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsi istiqamətində tədbirlər görmək və təkliflər vermək;
Elektrik enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə təşkil etmək;
Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təşkil etmək;
Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təşkil etmək;
Cəmiyyətdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təşkil etmək;
Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlanmasını təşkil etmək;
Plan üzrə texniki təmir vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan işçilərlə vaxtaşırı müzakirələrin aparılmasını təmin etmək;
Cəmiyyət üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsini təşkil etmək;
Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin enerji təsərrüfatını təmin etmək;
Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasını təşkil etmək;
İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təşkil etmək;
Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurların aradan qaldırılmasını təşkil etmək;
Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsininə nəzarət etmək;
Elektriklərin işinə nəzarət etmək və sahə rəisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etmək;
İş şəraiti:
İş qrafiki və qeydlər: 6 günlük iş qrafiki
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Əmək haqqı: 2200-2800 AZN
Tələblər
Təhsil: Ali (Elektrik mühəndisi sahəsi üzrə)
İş stajı: Elektrik mühəndisi kimi 3-5 il arası təcrübə
Yaş həddi: 25-50
AutoCad proqramı bilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik mühəndisi” qeyd edərək göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Amal Group
Other
Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7192
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200