Ana Səhifə
Vakansiyalar

Laboratoriya üzrə mütəxəssis

Laboratoriya üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 18 yanvar 2026

Təsvir

A+CO” ASC “Laboratoriya üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;

  • Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;

  • Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;

  • Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;

  • Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;

  • Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;

  • Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;

  • Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;

  • Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq.

Tələblər

:

  • Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);

  • Laboratoriya sahəsi üzrə təcrübə arzuolunandır;

  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;

  • Dil bilikləri: Azərbaycan dili sərbəst;

  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

  • Ümumi və analitik kimyanın əsaslarını bilmək.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri;

  • İş qrafiki: növbəli iş qrafiki (gecə, gündüz növbəsi);

  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3155

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya