Ana Səhifə
Vakansiyalar

Aparıcı mühasib

Aparıcı mühasib

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 23 yanvar 2026

Təsvir

“A+CO” ASC “Aparıcı mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • İstehsalat fəaliyyəti üzrə mühasibat uçotunu mövcud qanunvericiliyə uyğun şəkildə aparmaq ;

  • Vergi bəyannamələrini hazırlamaq, yoxlamaq və elektron qaydada vaxtında göndərmək;

  • Vergi hesabatlarının düzgünlüyünü təmin etmək, riskləri əvvəlcədən təhlil etmək və aradan qaldırmaq;

  • Elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;

  • Müqavilələri düzəliş etmək, aktları, hesab fakturaları, protokolları və digər növ mühasibatlıq sənədləri tərtib etmək;

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Mühasibatlıq sahəsində ali təhsil;

  • Mühasibatlıq üzrə minimum 3 illik iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);

  • 1C və MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

  • Vergi qanunvericiliyini yaxşı bilmək;

  • Peşəkar mühasib sertifikatı və ACCA sertifikatlarına sahib olmaq üstünlükdür;

  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;

  • Məntiqi və analitik düşünmə qabiliyyəti.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri;

  • İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;

  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3450

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya