Büdcə və hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Aylıq və illik maliyyə hesabatlarını MHBS-lara uyğun hazırlamaq;
Maliyyə hesabatlarının təhlilini aparmaq;
Daxili və xarici istifadəçilərə hesabatları təqdim etmək;
İllik büdcənin hazırlanması prosesində iştirak etmək;
Büdcə hesabatlarının müqayisəli təhlili və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişiklikləri təqdim etmək;
Müxtəlif istiqamətli idarəetmə hesabatlarını hazırlamaq və idarə panellərinə təqdim etmək.
Tələblər
:
Ali iqtisadi təhsil;
Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsi üzrə təcrübə və biliklərin olması;
ACCA üzrə sertifikatlar (F3 və F7), DIPIFR arzuolunandır;
MS Office proqramlarından (MS Excel, Power BI) istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şərtləri:
İş yeri: Xırdalan şəhəri;
İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-18:00;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis" yazaraq göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
A+CO ASC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2890
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə