Laboratoriya texniki (beton istehsalı üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 20 mart 2026
Təsvir
Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək.
Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək.
Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.).
Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək.
Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək.
Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək.
Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək.
Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək.
Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək.
Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.
Tələblər
Orta texniki və ya ali texniki təhsil (mühəndislik, inşaat materialları, kimya texnologiyası və s.).
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Laboratoriya cihazları ilə işləmə bacarığı
Beton və xammal sınaqlarının standart metodlarını bilmək
Beton qarışıqlarının nisbətlərini və texniki parametrlərini anlamaq.
Bu vəzifəyə müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com və ya hr@nwconstructin.com göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Laboratoriya texniki” mövzu bölməsində göstərin.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9457
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+