KT/KN İnspektor (Xocavənd)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Vəzifə Öhdəlikləri
Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi.
Keyfiyyət performansının monitorinqi və təhlili.
Keyfiyyət spesifikasiyalarının yerinə yetirilməsini təmin etmək üçün materiallar, avadanlıqlar və proseslərə nəzarət.
Tikinti-quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir.
Beton, asfalt və qrunt işlərinin istehsal və tətbiq prosesinin təmin edilməsi, monitorinqi və nəzarəti.
Təsdiq olunmuş sement-beton, asfalt qarışığı və qrunt qatlarının tələblərinə uyğun olaraq istehsal sahələrinə və tətbiq prosesinə nəzarət.
İşin keyfiyyətinin pisləşmə səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi.
Tikinti sahəsində ümumi yoxlama zamanı kritik qərarların normativ standartlar çərçivəsində dəyərləndirilməsi.
İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır.
Beton, asfalt və qrunt işləri üzrə aşkarlanmış uyğunsuzluqların reyestrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir.
İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları layihə üzrə məsul şəxslərə bildirir.
Materialların saxlanması ilə bağlı göstərişlərin və tövsiyələrin verilməsi.
Təşkilatın SƏTƏM prosedurlarına riayət edilməsi.
Təşkilatın KT/KN prosedurlarına riayət edilməsi.
Layihə üzrə Keyfiyyətin İdarəedilməsi Planına töhfələrin verilməsi və riayət edilməsi.
Tikinti, istehsalat sahəsində, sahə laboratoriyasında və ya sahə ofisində çalışmaq.
Tələblər
Ali mühəndislik təhsili.
Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə 2 illik təcrübə.
Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini.
Müvafiq sahə üzrə beynəlxalq standartları;
Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
Problemləri effektiv şəkildə həll etmək;
Daxili əmək intizamı qaydalarını;
Ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
Analitik və problem həll etmə bacarığı.
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Yollarda KT/KN inspetoru (Xocavənd)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18167
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+