Kreditlərin monitorinqi şöbəsində mütəxəssis (aparıcı / baş mütəxəssis) - Risk Menecmenti Departamenti
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 23 may 2026
Təsvir
Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar monitorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
Səyyar monitorinqin nəticəsinə uyğun olaraq müvafiq aktları tərtib etmək;
Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək.
Tələblər
Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi);
Ali təhsil (iqtisadiyyat, maliyyə və ya digər əlaqəli sahə üzrə);
Microsoft Office proqramları üzrə biliklər;
Xarici dil biliyinin olması arzu olunandır;
ACCA sertifikatlarından Maliyyə mühasibatlığı (F3) və Maliyyə hesabatlılığı (F7) olması arzuolunandır;
Bank sahəsində biznes kreditlərinin monitorinqi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
Korporativ, iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili üzrə təcrübə;
Biznes müştərilərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirə bilmək;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə təşəbbüskar yanaşma.
Necə Müraciət Etmək Olar
ATB Bank (Azər Türk Bank)
Finance
ATB Bank (Azərbaycan Türkiyə Bankı) Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və 1995-ci ildə Azərbaycan və Türkiyə kapitallarının iştirakı ilə yaradılıb. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. ATB Bank ölkənin maliyyə sektorunda etibarlı və stabil banklardan biri kimi tanınır. Bank fəaliyyətində müştəriyönümlü xidmət, innovasiya və operativlik prinsiplərini əsas tutur. ATB Bank rəqəmsal bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir və mobil/ internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16674
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000