Kredit üzrə kiçik mütəxəssis (Avtomobil sahəsi üzrə)
Tam Ştat
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit üzrə kiçik mütəxəssis (Avtomobil sahəsi üzrə) vakansiyasını elan edir.
BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
Müştərilərin avtokredit şərtləri barədə məlumatlandırılması
Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi, təhlil edilməsi və sistemə daxil edilməsi
Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
Portfelə nəzarətin və gündəlik ödəmələrin təqib edilməsi
Tələblər
Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
21-29 yaş aralığında gənclər
Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
MS Excel üzrə biliklər
Əlavə məlumat
5 günlük iş qrafiki: 09:00 – 18:00
Əmək haqqı: 400 AZN+bonus
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16646
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000